SON DƏQİQƏ:

DÜNYA ERMƏNİLƏRİN İÇ ÜZÜNÜ BİR DAHA GÖRDÜ

  37889   |  
Şriftin ölçüsü  

Bu gün dünyanın ən qlobal problemlərindən biri təbii ki, COVİD-19-dur. Təbii ki, bu, bütün dünyanın problemi olmaqla bahəm, həm də Azərbaycanın özünün də artıq 1988-ci ilin fevralından başlamış Qarabağ problemi var. Özü də bu problem zaman-zaman beynəlxalq güclərin laqeydliyi və bəlkə də müəyyən göz yummaları hesabına Qarabağ problemi artıq beynəlxalq müstəviyə çıxıb.

Bununla bağlı BMT-nin məlum 4 qətnaməsi də qəbul olunub. Üstəlik, bu problem ən yüksək səviyyələrdə, ən böyük auditoriyalarda, arenalarda müzakirə edilibdi.

Çox təəssüf ki, nə BMT-nin bəlli  4 qətnaməsinin, nə də beynəlxalq müzakirələrin çözümündə heç bir faydası olmayıb. İşğalçı dövlət, yəni Ermənistan bütün məlum qətnamələri, müzakirələri saymazyana şəkildə rədd edib və öz işğalçı siyasətini bu gün də davam etdirməkdədi.

Özü də  bu həyasızlığı o, problemi çözmək missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun gözləri önündə edirlər.

Minsk qrupu da öz növbəsində susqunluq, görməməzlik nümayiş etdirməkdədir.

Ən yaxşı halda regiona onların mənasız, əslində özlərinin varlıqlarını göstərmək xarakterli səfərləri və sonda da həmişəki şəkildə, həmişəki məzmunda bəyanatları ilə gündəmdə olurlar, özü də qısa müddətli.

Söylədiyim bu məqama özünün son çıxışlarında birmənalı şəkildə toxunan Azərbaycan prezidenti cənab İlham Əliyev vurğulamışdı ki, "Bütün bunlar göstərir ki, Ermənistan tərəfi birmənalı şəkildə danışıqlar prosesini  süni qaydada davam etdirmək və öz istəklərinə çatmaq yolunu tutublar. Amma biz danışıqlar xatirinə danışıqlar aparmağın əleyhinəyik. Və bir daha bildiririk ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik".

Ölkə başçısı özünün Azərbaycan xalqına olan güvənini, inamını və xalqın da öz prezidentinə olan etimad və etibarını dilə gətirərək onu da bildirmişdi ki, "Özümüz özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq. Xalqımız bilməlidir ki, bu gün Ermənistanla danışıqlar getmir. Çünki Ermənistan iqtidarının siyasi cəhətdən qüsurlu və ziyanlı bəyanatları danışıqlar üçün yer qoymur".

Bax, əsl həqiqət budur. Və bu həqiqəti  də Azərbaycan prezidenti cənab İlham Əliyev bütün dünya ictimaiyyətinə açıq şəkildə bəyan edibdi.

Xalqımız, o cümlədən də bu ölkənin sıravi vətəndaşlarından biri kimi mən də bu gerçəkliyə görə, öz Prezidentimə, Ali Baş Komandanıma minnətdaram. Zaman-zaman prosesləri izləmiş, bəzən də şahidinə çevrilmiş vətəndaş olaraq görmüşəm ki, işğalçı Ermənistan bütün vasitələrlə öz yalanını gizlətməyə, öz işğalını pərdələməyə çalışıbdır.

Hələ 1988-ci ilin fevral ayından başlayaraq, Ermənistan və hadisələrin ilhamvericisi olan Moskva sülh danışıqlarını əldə bayraq etməyə, əsl həqiqətdə isə bu danışıqlarda işğal üçün bir vasitə kimi yararlanmağa çalışmışdı. “Sovet dönəmində Kremlin, xüsusilə SSRİ- prezidenti Qorbaçovun atdığı addımlar Qarabağda yaratdığı xüsusi idarə ermənilərə əl-qol açmaq üçün yaradılmış şərait idi. Bu cür yanaşmaların nəticəsində də Ermənistan silahlanmağa və daha böyük iddialarla çıxış etməyə başladı. Ona görə də Azərbaycan Prezidentinin çıxışında birmənalı şəkildə göstərilir ki, Ermənistan təcavüzkar dövlətdir, üstəlik də Ermənistan terrorizmə sponsorluq edən ölkədir".

Bu gerçəyi hər kəsə birmənalı şəkildə çatdıran Azərbaycan prezidenti bəlli reallığı şərh edərkən ölkəmizin mövqeyini də diqqətə təqdim edib və həm beynəlxalq aləmə, həm də birmənalı şəkildə ATƏT-in Minsk qrupuna mesaj verib. Bu mesajda cənab İlham Əliyev bildirib ki, "Bizə qarşı ciddi təxribat törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur". Ali Baş Komandanın bu kəskin mesajı bir daha göstərir ki, Azərbaycan xalqı öz prezidentinin yanındadır və Ali Baş Komandan "danışıqlar xatirinə danışıqlar"dan imtina etməyin vaxtı çatdığını, əvəzində isə onun özünün də dediyi kimi, "Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək" məqamının yetişdiyini dünyaya bildirmişdir. Görünür, bu sərt açıqlamalar, məsələyə kəskin münasibətlər artıq həm Ermənistanın, həm də ona havadarlıq edənlərin kürkünə birə salıb.

Mətbuatdan məlum olduğu kimi, son günlərdə Ermənistan tərəfi danışıqları bərpa etməyə hazır olduğunu açıqlayıb. Moskvada Azərbaycan Parlamentinin sədri ilə görüşən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, "Rusiya Azərbaycanın işğal olunmuş 5 rayonunun qaytarılmasına tərəfdardır".  Bu da o deməkdir ki, həm işğalçını, həm də onun güvəndiyi gövlətləri Azərbaycan ordusunun gücü artıq narahat edir. Ordumuzun gücünə həm Füzuli istiqamətində, yəni 2016-cı ilin aprelində, həm də bu ilin Tovuz istiqamətində olan döyüşündə bələd olan düşmən vəziyyətin ciddiliyinə yəqin ki, inanmağa başlayıb. Üstəlik, Ali Baş Komandanın bu mesajı da öz təsirini  göstəribdi. Yəni cənab İlham Əliyev vurğulayıb ki, "Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq".

Tarixi prosesləri diqqət mərkəzində saxlayan hər kəs onu da yaxşı bilir ki, bu gün torpaqlarımızı işğal etmiş düşmən xarici güclərin həm silah-sursatından, həm də onların muzdlu döyüşçülərindən yararlanır.

Heç kimə sirr deyil ki, Ermənistana daha çox Rusiya silah və sursatla yardım edir.

Hələ ötən illərdən Rusiyanın bir milyon dollarlıq dəyəri olan silah-sursatı Ermənistana bağışlaması geniş dairələrdə müzakirə olunmuşdu.

Təəssüf ki, problemin çözümündə həmsədr olan Rusiyanın mövqeyi Azərbaycan tərəfindən kəskin etirazlarla qarşılanmışdı.

 Həmin vaxt məsələni müxtəlif siyasi yozumlarla daldalayan Rusiya son vaxtlar yenə Ermənistanı silahlandırmaq üçün addımlar atıb.

Özü də təkcə Rusiya yox, eləcə də Serbiya Ermənistana silah-sursat satmaq və göndərməklə məşğul olmuşdu.

Bu məsləyə də münasibət bildirən Azərbaycan Prezidenti yerli mediaya müsahibəsində vurğulamışdı ki, "Serbiya və Rusiya prezidentləri ilə mənim telefon söhbətlərim oldu və mən narahatlığımı ifadə etdim".

Həqiqətən də özünü sülhpərvər, Qafqaza sülh arzulayan dövlət kimi göstərən Rusiyanın erməniləri silahlandırması adamın yaddaşında hələ 1905-ci ildən qalan bir faktı təzələyir. Xatırlayırsınızsa, böyük dramaturqumuz Cəfər Cabbarlının "1905-ci ildə" dramında bir səhnə var.

Həmin səhnədə deyilir ki, "atam kazaklardı". Bu bir həqiqətdir ki, bu gün işğal olunmuş torpaqlarımızda istifadə olunan silah və sursatlar daha çox Rusiyanın istehsalıdır və  ermənilərin güvəndiyi də daha çox həmin dövlətdir. Nəhayət, bu da bir gerçəkdir ki, "Ermənistan siyasətinin əsas qayəsi özlərini alçaltmaqdır, özlərindən məzlum, yazıq xalq imici düzəltməkdir, ağlaşmaqdır və ondan-bundan nə isə imtiyaz, ianə, qrant, kömək qoparmaqdır". Bu fikirlərin də müəllifi prezidentimiz cənab İlham Əliyevdir.

Deməli, onun dünyaya bəyan etdiyi bu gerçəklik bir daha göstərir ki, artıq ermənilərin kimliyi ortadadır. Və onlar Azərbaycan əsgərinin gücünü görməyə məhkumdurlar.

Şükürlər olsun ki, bu gün o gücü görürlər. Bayrağımız Şuşaya doğru aparılır!!!

 

Əbülfət MƏDƏTOĞLU

Əməkdar jurnalist

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-22
2021-09-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK