adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Oktyabr 2020 21:15
24093
İDMAN
A- A+

"Arsenal"dan Özilə daha bir zərbə

“Arsenal”ın futbolçusu Mesut Özil fevral ayınadək London təmsilçisinin rəsmi matçlarına çıxamayacaq.
 
Qol.az Britaniya məbuatına istinadən xəbər verir ki, baş məşqçi Mikel Arteta türk əsilli alman oyunçuya şans vermək niyyətində deyil.

Ona görə də 31 yaşlı yarımmüdafiəçi  “topçular”ın Premyer Liqa üçün təqdim edilən 25 nəfərlik iştirak ərizəsində yer almayıb. Daha öncə Avropa Liqası üçün heyətə alınmyana Özil fevral ayınadək “Arsenal” forması ilə rəsmi matçlara çıxa bilməyəcək.
 
Qeyd edək ki, Özil 2013-cü ildən “Arsenal”ın heyətində iştirak etdiyi 271 matçda 47 qol vurub və 75 qolun ötürməsini verib.