SON DƏQİQƏ:

Kuman Messiyə təşəkkür etdi

  12253   |  
Şriftin ölçüsü  

“Barselona”nın baş məşqçisi Ronald Kuman komandanın kapitanı Lionel Messiyə təşəkkür edib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis bu addımı argentinalı hücumçunun azarkeşləri və komandanı birliyə səsləməsinə görə atıb.
 
Messi daha əvvəl azarkeşlərə müraciət edərək, bu sözləri demişdi:

“Əgər sizi məyus etdimsə, üzr istəyirəm. Səhvlərim varsa, məsuliyyəti öz üzərimə götürürəm. Hər şeyi “Barselona”nın daha da yaxşı olması üçün etmişəm. Yaşanan anlaşılmazlıqlara artıq son vermək istəyirəm. “Barselona”nın gələcəyi üçün artıq bir olmağımız lazımdır. Yalnız belə olacağı təqdirdə hədəflərimizə çata bilərik”.

Kuman isə 33 yaşlı futbolçunun belə bir hərəkətini yüksək qiymətləndirərək, ona təşəkkür edib:
 
“Komandanın kapitanının özünü göstərib, hamını birliyə çağırması çox yaxşı haldır. Ona təşəkkür edirəm. İnanıram ki, hər şey daha sakit olacaq və axarına düşəcək. Messini sevindirmək üçün əlimdə hər bir şəraitin olub-olmadığını bilmirəm. Lionelin parlaması üçün ən yaxşı variantı və yeri tapmaq lazımdır. Messi futbol oynamaq və qazanmaq istəyir”.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-25
2020-10-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni məktəbində müəllim şagirdlərə:

- Uşaqlar, kim deyər, dünyada ən pis erməni kimdir?

Balaca Aram:

- Dartanyan.

Müəllim:

- Niyə Dartanyan?

Aram:

- Ona görə ki, o bütün film boyu “Mersi, Baku” deyir.

ARXİV

TƏQVİM

FACEBOOK