adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 Sentyabr 2020 22:27
32528
ELM VƏ TƏHSİL
A- A+

Baş nazir təhsil müəssisələrində köçürmələrlə bağlı qərara dəyişiklik edib

Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi qaydalarında dəyişiklik edilib.

Adalet.az-ın məlumatına görə, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, sözügedən qaydalara aşağıdakı dəyişikliklər edilib.

Bəndlərə ismin müvafiq hallarında “pilləsi” sözündən sonra ismin müvafiq hallarında “və ya yüksək texniki peşə təhsili səviyyəsi” sözləri əlavə edilib.

Bəndin ikinci cümləsinə “orta ixtisas” sözlərindən sonra“və ya peşə” sözləri əlavə edilib.