SON DƏQİQƏ:

Xərçəngin müalicəsində inqilabi - YENİLİK

  8139   |  
Şriftin ölçüsü  

ABŞ-ın Stenford Universitetinin alimləri CAR T- hüceyrə terapiyasını xərçəng immunoterapiyası sahəsində inqilabi bir yenilik adlandırıblar.

Bu barədə"MedicalXpress”in məlumatında bildirilib.

Tədqiqatçılar əldə olunmuş klinik məlumatlara əsasənterapiyanın effektivliyini qiymətləndiriblər.

Alimlərin fikrincə, CAR T- hüceyrə terapiyası müalicəyə cavab verməyən bədxassəli şişlərin növləri ilə mübarizədə belə effektiv nəticə verib. Bununla belə, qeyd olunur ki, bu metod mürəkkəbdir və həmişə kömək etmir, çünki xərçəngin bəzi növləri müalicəyə müqavimət göstərir. Lakin bu çatışmazlıqlar gələcəkdə aradan qaldırıla bilər.

Mütəxəssislər xəstələrin 60-93 faizində terapiyanın effektiv olduğunu təsbit ediblər. Çox vaxt o, V hüceyrələrinin kəskin lenfoblastik leykozunda da effekt göstərir. Belə ki, uzunmüddətli müşahidələr xəstəliyin təkrarlana biləcəyini də göstərib.

V- böyük hüceyrə limfomasında metod hər zaman işləmir, lakin trəkrarlanma ehtimalı azdır. Bu isə xəstəliyin eyni göstəricilərlə uzunmüddətli müalicəsinə gətirib çıxarır.

CAR T- hüceyrə terapiyasında ximerik antigen reseptoru istifadə olunur. O, immunitet sistemini aktivləşdirən xüsusi antitel və domenlərə seçici şəkildə bağlanan antitel parçasını birləşdirən proteindir.

Xəstənin xərçəng hüceyrələrindəki CD19 zülalı ilə əlaqəli ximerik antigenik reseptor CAR olduğundan onun T hüceyrələri çıxarılır və genetik olaraq dəyişdirilir. Modifikasiyadan sonra isə onlar yenidən xəstənin bədəninə daxil edilir.(oxu.az)


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-30

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK