adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Nicat NOVRUZOĞLU: GÜRCÜLƏR RUSİYANIN XEYİRİNƏ AYAĞA QALXDILAR

NİCAT NOVRUZOĞLU
61783 | 2019-07-31 10:08

1803-cü ildə gürcü çarıİrakli Fitilbörkə gedib rus çarı I Aleksandrın ayağınadüşüb yalvarmışdı ki, onları öz təbəəliyinə qəbul eləsin, ən azı pravoslav qardaşınam. O İrakli ki Qacar 1794-dəmi, ya 1795-dəmi Tiflisəhücum edəndə bizim azərbaycanlı bəylər onuqaçırıb meşədə gizlətmişdi.

I Aleksandr da öz pravoslavqardaşlarını sındırmadı.

Müstəqillikdən sonra Gürcüstan Rusiyailə yola getmədi, bilirsiz. Son günlər də araları lap bərk dəyib. Gürcüstanın xanım prezidenti də Rusiyanı ağ yuyub qara sərib. Nəticədə Rusiya da Gürcüstanadirsəyini göstərib: Tiflisə təyyarəuçuşlarını saxlayıb, turistlərinədə Gürcüstana getməyi məsləhət görməyib.

Bir vaxt Türkiyəyə də turistlərini buraxmırdı, Allaha şükür, sonra hər şeyyaxşı qurtardı. Və iki ildən sonraicazə verdi və ilk rus turistlər Bodrumaayaq basanda şəhərin bələdiyyə başqanıonları duz-çörəklə qarşıladı.

İndi rus turistlərin sayı Gürcüstanda78 faiz azalıb. Çörəyi rus turistlərindən çıxan Batumi camaatı da əllərinə bayraq götürüb çıxıblar şəhərin küçələrindəmitinqlər keçiriblər ki, biz Moskvanıistəyirik. Aləm dəyib bir-birinə.Keşikçi məbədi də yadlarından çıxıb.


Belə getsə, xanım prezident İraklinin yolu iləgetməli olacaq. Sadəcə olaraq paytaxtFitilbörkdən Moskvaya köçüb. Onda Rusiyanın yiyəsiI Aleksandr idi, indi I Putin.

TƏQVİM / ARXİV