SON DƏQİQƏ:

NİCAT NOVRUZOĞLU: AT ROLUNU GƏRƏK BABƏK ŞİRİNSİFƏT ÖZÜ OYNAYAYDI

  37304   |  
Şriftin ölçüsü  

Təzə bir rejissor peyda olub Azərbaycanda, Arazın o tayındandı. Müəyyən ciddi filmlərə də imza atıb, cəmiyyətdə az-çox hörmət qazanmışdı. İndi bu hörmətini təzək eləyib vurdu divara.

İndi də komediya çəkib, reklam olmasın deyə filmin adını yazmıram. Və filmdə də bir rayonu və bir rayonun camaatını təhqir edib. Filmin ssenari müəllifi İlhamla birgə. Görünür, İranda onu «xər» adlandırıb minən farsların heyfini qarabağlılardan almaq istəyib.

Deyirlər burda nə var ki, bir zarafatdı. Zarafatdı, gedin o zarafatı ananızla edin, bacınızla edin, nənənizlə edin, xalanızla edin, dayınızla, əminizlə, əbəcdadınızla eləyin.

Bu zarafat deyil, türklər buna «eşşək şakası» deyirlər.

Baş rolun ifaçılarından biri də deyir ki, burda nə var ki, at deyəndə adamın gözünün qabağına Qarabağ atı gəlir. Mən də rejissorun nəzərinə çatdırıram, eşşək deyəndə də bizim yadımıza Mazandaran düşür.

İlin-günün bu vaxtında dərd və ağrı içində yaşayan bir rayonun camaatı ilə «eşşək şakası» yapıb məzələnməyə heç bir don geyindirmək olmaz.

Rayonun ziyalıları, camaatı ayağa qalxandan sonra indi filmdən həmin epizodu çəkib çıxarıblar. Həmin rayonun qaziləri filmin müəllifini çağırıb oturdublar, danlayıblar və deyiblər ki, səni at kimi minərdik, amma yazığımız gəldiyinə görə minmirik. Yəni epizod da məhz ondan sonra çıxarılıb.

Babək Şirinsifətə də məsləhətimiz odur ki, yeri boş qoymasın, atı eşşəklə əvəz etsin, eşşək rolunu da özü oynasın, aktyor onun belinə hoppananda desin: «Babaa, nə bildin mən mazandaranlıyam?»

P.S. Həmin rayonun adını camaatı yenidən qıcıqlandırmamaq üçün yazmıram.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-20
2021-01-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK