RUS AYISINA MEYDAN OXUYAN DOVŞAN

Deməli belə. Bir dovşan hər gün gəlir çayın qırağına. O biri tayda yuva salmış ayını çağırır:
- Miş, Miş.
Ayı yuvasından yuxulu-yuxulu çıxır. Soruşur:
- Nədi, ə?
Dovşan başlayır ayını söyməyə, o ki var söyür.
Ayı çayı keçmək istəyəndə dovşan götürülür.
Bu demək olar ki, hər gün təkrar olunur. Dovşan gedir dovşanların içində tripaçlıq edir ki:
- Sən öl, Mişin üzünə söyürəm, özü də bütün nəslinə, mənə bir söz deyə bilmir.
Dovşanlar inanmır. Deyir, inanmırsız gedək sizin yanınızda söyüm. Yığışıb hamısı gəlir çayın kənarına.
Tripaç dovşan bağıra-bağıra çağırır:
- Miş, Miş, ə, sənlə deyiləm?
Ayı da boğaza yığıldığından çayı bu taya keçib meşədə gizlənibmiş. Qəfil meşədən çıxır, əl atıb dovşanın boynundan tutub qaldırır yuxarı:
- Ə, nə deyirsən?
Dovşan yazıq-yazıq baxır və deyir:
- Dyadya Miş, bax, bütün qohum-əqrəbamı yığıb gətirmişəm ki, səndən üzr istəyim.
Stalin Litvaya zəng edir. Rus dilində telefonçu qıza deyir ki, birinci katibi bağla.
Telefonçu qız:
- Poqovarite po litovski, pojalyusta.
Stalin bir də tələb edir ki, birinci katibi bağlasın.
Qız yenə deyir:
- Poqovarite po litovski, pojalyusta.
Stalin:
- İtin qızı, bu dəqiqə mənə birinci katibi bağlamasan, sabah bütün Sibir Litva dilində danışacaq.
Qəzetlərdə oxudum ki, Litvanın prezidenti Putini hədələyib.
Aqil ABBAS
Digər Xəbərlər

"Almaniya Ukrayna üçün 5 milyard avro dəyərundə Patriot raketi alacaq"

Çində “Vifa” qasırğasına görə 670 min nəfər təxliyə edilib

Paşinyan COP17-nin keçiriləcəyi tarixləri açıqladı
