adalet.az header logo
  • Bakı -°C
03 Aprel 2026 16:55
72
ƏDƏBİYYAT
A- A+

Deyirlər ki, kitab oxuyan yoxdur...

Düzdür, bu gün 30-40 il bundan əvvəllə müqayisədə kitab oxuyanlar çox azalıb.Amma " kitab oxuyan yoxdur" demək heç də düzgün deyil. Ona görə düzgün deyil ki, əgər kitab oxuyan yoxdursa, hər il ali məktəblərə və magistraturaya qəbul olanlar bəs kimlərdir???  

Bəlkə də bir çoxları bu fikri səsləndirəndə elmi və bədii ədəbiyyatı nəzərdə tuturlar. Hətta onu nəzərdə tutsalar belə orta  və yaşlı nəslin nümayəndələri arasında kifayət qədər kitab oxuyan adamlar var. Mən dəfələrlə kitab sərgilərində  və kitab mağazalarında  kitab alanların şahidi olmuşam. Bəziləri bazar- dükana gedib  bazarlıq edib alış- veriş etdikləri kimi, bir çox insanlar da kitab mağazalarında bunu edirlər.

Özü də sevindirici haldır ki, onların arasında  gənclər də  olur. Bir neçə gün bundan əvvəl metro qatarlarında bir hadisənin şahidi oldum. İki tələbə qız kitab oxuyur. Gözlərin kitabdan çəkən kimi ayaqüstə dayanmış yaşlı insanları gördülər və ayağa qalxıb yerlərin həmin adamlara verdilər.

Bax , kitab oxumaq bu deməkdir. Kitab oxumaq mədəniyyət, əxlaq, insanlıq, mərhəmət , sevgi deməkdir. Hansı ki, gözləri telefonun ekranında olan gənclərin çox ayaqüstə dayanmış yaşlı insanları çoxdan görürdülər. Sadəcə olaraq onları görməzliyə vurur və yer vermək istəmirdilər.  Kitab oxumaq heç vaxt gec deyil. Müqəddəs" Qurani- Kərim " də də buyurulur  ki, insan qəbir evinə qədər oxumalıdır.Bax , belə!!!

Emil FAİQOĞLU