adalet.az header logo
  • Bakı -°C
02 Aprel 2026 11:30
143
ƏDƏBİYYAT
A- A+

İkinin arasında qalan Biri qorumalısan! - Rza Rzayev yazır

Hər kəsin həyatında önəmli insanlar olur. Həmin insan başqa adamlar ilə sənin aranda məsafə yaradan İnsandır. Ondan çəkinirsən, utanırsan, abır edirsən və bu, daxildən gəlir, hazır resept deyil!

Hər kəsin tərcümeyi-halında kimlərinsə adı keçir. Onun da ismi mənim tərcümeyi-halımda var. Artıq onu şəxsən 15 ilə yaxındır tanıyıram. İlk tanışlığımızdan ona hörmətlə yanaşdım, aramızda subordinasiya və sərhəd saxladım. O, bu subordinasiyanı, məsafəni nə qədər ortadan qaldırmaq istəsə də, mən, əksinə, ona qarşı artan hörmətim sayəsində məsafəni daha da qorudum.

Getdikcə hörmət etdiyim şəxsdən doğma insana çevrildi. Doğmalıq məni daha məsafəli etdi.

Mən çətin vəziyyətlərdə təkliyi seçirəm. Özümün adi saydığım, amma çoxları üçün ağır görünən 'çətin' anımda o, həmişə ürəyindən keçəni etdi.

Dörd tərəfim məftillər ilə sarıqlı olanda onun hər kəlməsi, cümləsi, yazısı mənə ruh, əzm, iradə və dözüm verdi! Bütün doğmalarım, dostlarım onun haqqımda yazdığı hər sözünü, (telefonda danışanda) cümləsini mənə sevə-sevə, əzbərdən söyləyirdilər,ürəklənirdilər!

Bir dostun, doğmanın fikrini, düşüncəsini bölüşməyə bilərsən, bu normaldır. Amma onun şəxsiyyətinə, fiziki varlığına təhdid olanda yanında olmalısan; onun fikrini, düşüncəsini yox, şəxsiyyətini müdafiə etməlisən!

İkinin arasında qalan Biri qorumalısan!

Doğum günün mübarək olsun, SAYIN!