adalet.az header logo
  • Bakı -°C
03 Aprel 2026 17:16
101
GÜNDƏM
A- A+

Mina axtararkən həlak olan ANAMA əməkdaşı təltif edildi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə, ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslər “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif ediliblər.

Adalet.az-ın məlumatına görə, təltif olunanlar arasında ANAMA-nın həlak olan əməkdaşı İsayev Raqif Deputat oğlu da var. 

Xatırladaq ki, 2024-cü il 21 iyun tarixində işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində sursat partlayışı hadisəsi baş verib. Ərazidə icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlü İsayev Raqif Deputat oğlu həyatını itirib.