“Bu, Azərbaycana qarşı dezinformasiya kampaniyasının tərkib hissəsidir” - MEDİA

“Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının Prezidentinin “deep-fake” texnologiyalarından istifadə edilərək hazırlanmış saxta videomüraciəti yerləşdirilmiş, habelə Xarici İşlər Nazirliyi adından “Azərbaycan Hava Yollarına” məxsus sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması ilə əlaqədar həqiqəti əks etdirməyən, feyk məlumat yayılıb”.
Adalet.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib.
“Qəti şəkildə bildirmək istəyirik ki, heç bir reallığı əks etdirməyən bu saxta məlumatlar mərkəzləşdirilmiş qaydada Azərbaycanın informasiya mühitinə müdaxilə xarakteri daşıyan dezinformasiya kampaniyasının tərkib hissəsidir.
Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağıraraq xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidentinin rəsmi saytı və sosial media hesabları daim aktivdir və dövlət başçısının fəaliyyətini operativ formada işıqlandırmaqdadır. Eyni zamanda, dövlətin rəsmi mövqeyini ifadə edən müvafiq məlumatları Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi saytı və sosial media hesablarından əldə edə bilərsiniz”, - məlumatda qeyd olunub.
Bildirilib ki, Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bir daha bu kimi hallara qarşı hər zaman prinsipial mövqe nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.
Digər Xəbərlər

"Azərbaycana qarşı informasiya məkanında təhdidlər artır" - Natiq Məmmədli

Kollegiya sədri: Fikir və söz azadlığından istifadə edilərkən şəxsi həyata müdaxilə yolverilməzdir

Bakıda “Konstitusiya və Suverenlik İlində media gündəmi” müzakirə olunub

Anar Eyvazov: Bəzən sosial mediada hərbi məlumatların paylaşılması ilə bağlı müəyyən məhdudiyyətlər aşılır

Hüquqi informasiyanın cəmiyyətə düzgün şəkildə ötürülməsi xüsusi əhəmiyyət daşıyır

Milli mətbuatımız bu il 150 illik yubileyini qeyd edir - Əhməd İsmayılov

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda İkinci Forum keçirilir - YENİLƏNİB
