02 May 2025 13:16
152
SİYASƏT

Elnur Məmmədov Nepal XİN başçısı ilə görüşüb

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Nepala səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Arzu Rana Deuba ilə görüşüb.

Adalet.az xəbər verir ki, bu barədə Nepal Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Nepal-Azərbaycan münasibətləri, həmçinin qarşıdan gələn "Sagarmatha Sambaad" forumunda iştirak da daxil olmaqla, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.