02 May 2025 14:53
130
MƏMLƏKƏT

Usta görsən mənə de...

Bir dostum neçə ildir ki, mənzilinin eyvanında bir balaca təmir işləri gördürmək istəyir, amma  yaxşı bir usta tapa bilmir.

Əvvəllər bir usta  tapmışdı və o usta da gəlib evinə baxmışdı. Demişdi ki,  arada imkan olan kimi  eyvanı təmir edərək. Dostumuz da. Surxay ustanın dediyinə inanıb, onu düz iki il gözləyib.

Və iki ildən sonra Surxay deyib ki, Moskvadayam, gələn kimi işə başlayacağam. Surxay isə gəlib çıxmaq  bilmir, düz iki ildir ki,  dostumuzu aldadır. Axırda hər yerdən əli üzülən dostumuz deyir ki, ta mənim Surxaya   inamım qalmayıb, yaxşı usta görsən mənə deyərsən! Sözün açığı bu usta tayfasına bir o qədər də etibarım yoxdu. Qorxuram birini ona yönəldəm, o da yalançı çıxa. Və mənim də üzüm dostumun yanında qara  ola!

Emil Faiqoğlu