02 May 2025 11:30
138
MEDİA

Milli mətbuatımız bu il 150 illik yubileyini qeyd edir - Əhməd İsmayılov

Bu il Azərbaycan jurnalistikası üçün mühüm əhəmiyyət yaddaqalan illərdəndir.

Adalet.az xəbər verir ki, bunu  təşkil edilən “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun açılış mərasimində Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.

Onun sözlərinə görə, zəngin və şərəfli inkişaf yolu keçmiş Azərbaycan milli mətbuatı bu il özünün 150 illik yubileyini qeyd edir:

“Peşəkar jurnalistikanın inkişafına göstərdiyi daimi diqqət və qayğısına görə cənab Prezidentə ölkəmizin media ictimaiyyəti adından təşəkkürümüzü bildirmək istərdik!”

Ə. İsmayılov qeyd edib ki, medianın peşəkarlığının artırılması, iqtisadi dayaqlarının gücləndirilməsi Azərbaycan dövlətinin bütün inkişaf mərhələlərində informasiya siyasətinin prioritetləri sırasında olub:

"Bunun bariz nümunəsi kimi Prezident cənab İlham Əliyevin 2021-ci ilin yanvarın 12-də “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə medianın inkişafında yeni bir mərhələnin başlanmasını göstərmək olar. Medianın İnkişafı Agentliyinin yaradılması da məhz bu istiqamətdə həyata keçirilən quruculuq prosesinin tərkib hissəsi olub".