02 May 2025 14:08
192
MEDİA

"Azərbaycana qarşı informasiya məkanında təhdidlər artır" - Natiq Məmmədli

Azərbaycan informasiya məkanı daim təhdidlərlə üzləşir. İnformasiya cəbhəsində heç vaxt atəşkəs olmur. Bu baxımdan biz COP29 tədbirinə ev sahibliyi zamanı gördük ki, Azərbaycanın informasiya məkanında avtoritetliyi artdıqca, ona qarşı təhdidlər də artır.

Adalet.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli jurnalistlərə müsahibəsində deyib.

N.Məmmədlinin sözlərinə görə, COP29 təcrübəsi göstərdi ki, Azərbaycan mediası öz işini operativ və peşəkar qurur. Təhdidlərə cavab verə bilmək üçün də bu, belə də olmalıdır. Bu baxımdan Azərbaycan mediasında peşəkarlıq problemi yoxdur.

N.Məmmədli, həmçinin əlavə edib ki, bu il Azərbaycan mətbuatının yaranmasının 150 illiyi münasibətilə Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası tərəfindən bir sıra tədbirlər keçiriləcək. O bildirilib ki, bu tədbirlərdə məqsəd, ilk növbədə, milli mətbuat dəyərlərinin təbliğ edilməsi və Azərbaycan milli jurnalistikasının əsas prinsiplərinin cəmiyyətə aşılanmasıdır. Hesab edirik ki, bu istiqamətdə atılan addımlar cəmiyyət tərəfindən maraqla qarşılanacaq.