02 May 2025 14:26
124
İQTİSADİYYAT

  Qiymətlər  enir...  

Beş- on gün bundan əvvəl alçanın, çiyələyin qiyməti kəllə- çarxa çıxmışdı.Belə ki, alçanın kiloqramı 60- 70 manat, çiyələksə, 20- 30 manata satılrdı.Təbii ki, bu qiymətlərdən camaat çox  narazılıq edirdi.

Artıq həmin məhsullar  ucuzlaşıb: indi alça 6 manata, çiyələk 5 manata satışa çıxarılır.Bununla yanaşı, bazarlarda kartof,  soğan, xiyar, pomidor da ucuzlaşıb. Əlbəttə , bahalıq olanda insanlar  istədiyi məhsulu almaqda çətinlik çəkir, Maddi imkanları olmadığına görə , stress yaşayırlar.Rəyini soruşduğumuz  alıcıların böyük hissəsi bu gün də bazar- dükanlardakı  qiymətlərdən  razı deyillər.

Onlar bildirirlər ki, ötən il bundan ucuzluq idi. İstədiyimiz məhsulu bu gün də  ala bilmirik! Belə getsə, heç ala bilməyəcəyik də ! Amma görünən odur ki, bazarlarda və marketlərdə  günbəgün meyvələrin  , eləcə də tərəvəz məhsullarının qiyməti daha da ucuzlaşır.Mayın sonunda  isə  Allah qoysa , lap ucuzluq olacaq. Bax onda insanlar ürəkləri istədikləri məhsulları  daha ucuz qiymətə ala biləcəklər!!!

Emil Faiqoğlu