02 May 2025 12:48
151
MEDİA

Bakıda “Konstitusiya və Suverenlik İlində media gündəmi” müzakirə olunub

Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda İkinci Forum çərçivəsində “Konstitusiya və Suverenlik İlində media gündəmi” adlı panel sessiyada baş tutub.

Adalet.az xəbər verir ki, sessiyanın moderatoru MEDİA-nın aparat rəhbəri Rəqsanə Kərimova panel müzakirə ilə bağlı tezislərlə çıxış edib.

Müdafiə Nazirliyinin (MN) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov 44 günlük Vətən Müharibəsi və bir günlük anti-terror tədbirləri zamanı ordu-media əlaqələrindən bəhs edib.

MN rəsmisi sosial mediada hərbi məlumatların paylaşılması ilə bağlı müəyyən məhdudiyyətlərin aşılması halları ilə qarşılaşdıqlarını deyərək medianın bu istiqamətdə maarifləndirici işinin vacibliyini diqqətə çatdırıb.

Konstitusiya Məhkəməsinin İnsan Hüquqları və Analitik Şöbəsinin müdiri Anar Cəfərov Konstitusiya Məhkəməsi tərəfindən vətəndaşların, eləcə də media subyektlərinin təkliflərinə həssaslıqla yanaşıldığını bildirib.

Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ləman Hüseynzadə ötən il məhkəmə qərarlarının icrası sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə, “Elektron icra” informasiya sistemi əsaslı surətdə yenilənərək, zəruri funksionallıqlarla təmin edildiyini vurğulayıb.

O, bu istiqamətdə yenilənmələrin davam etdirildiyini deyib.

Azərbaycan Ombudsman Aparatının mətbuat katibi Araz Əsgərli isə Ombudsman Aparatının media ilə işinə toxunaraq insan hüquqlarının qorunması müstəvisidən bu əlaqənin vacibliyinə diqqət çəkib.

Fərdi nitqlərin ardınca panel sual-cavab sessiyası və ümumi müzakirələrlə davam etdirilib.