Balam, bu evlər niyə sənədləşdirilmir?

Bu gün təkcə Bakıda sənədləşdirilməyən yarım milyondan çox ev var. Əgər ölkədə bütün şəhər və kəndlərı götürsən bu evləri sayı bəlkə də bir milyona yaxın olar. Üsətəlik də nə qədər sənədləşdirilməyən qaralar, obyektlər var.
Əgər onlar sənədləşdirilsə, ölkənin büdcəsinə yüz milyonlarla vəsait daxil ola bilər. Hansı ki, qanunsuz tikililərin ( əslinə baxanda o evlərin çoxunun bələdiyyə sənədləri var) sənədləşdirilməsilə bağlı prezident İlham Əliyevin məlum sərəncamı da var, amma sadəcə olaraq icra hakimiyyətləri tərəfindən həmin işlər həyata keçirilmir. Niyə? Görünür, bunlar bir çox vəzifə sərf eləmir.
Çünki bəzi vəzifə sahibləri bu evləri sənədləşdirmək üçün daha çox məbləğdə pul alırlar. Bu isə birmənalı olaraq evlərin sənədləşdirilməsini ya dondurur, ya da ləngidir. Bir sözlə, əgər geç də olsa , Bakıdakı və regionlardakı sənədsiz evlər sənədləşdirilsə , büdcəmizə milyonlarla pul daxil olar, bundan dövlət qazanar, ev sahiblərinin isə çiynindən ağır yük götürülər!!!
Emil Faiqoğlu
Digər Xəbərlər

Leyla Əliyeva Naxçıvandan paylaşım etdi - VİDEO

Bəzi yerlərdə küləkli və yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
jpg-1746190363.jpg)
Zülmətə bürünmüş bir topluma 1 şam bəs edərmi?
