adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Zelenski səfərbərlik haqqında qanunu imzaladı

452 | 2024-04-16 19:16

Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə səfərbərlik prosedurunu sərtləşdirən qanunu imzalayıb.

Adalet.az xəbər verir ki, bu barədə parlamentin saytında məlumat yayılıb.

Bildirilib ki, qanun bu gün, aprelin 16-da prezidentin imzası ilə geri qaytarılıb.

Ukrayna qanunvericiliyinə görə, qanun prezidentin imzalamasından bir ay sonra qüvvəyə minəcək.

Qeyd edək ki, Ukrayna Ali Radası aprelin 11-də ikinci oxunuşda səfərbərliyin sərtləşdirilməsinə dair qanun layihəsini qəbul edib.

TƏQVİM / ARXİV