Zərdabda kriminal həyat tərzinin təbliği ilə məşğul olan şəxs saxlanıldı

Zərdabda kriminal həyat tərzinin təbliği və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Adalet.az xəbər verir ki, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində cinayət törətməyə meyilli, o cümlədən kriminal həyat tərzinin təbliği ilə məşğul olan əvvəllər məhkum olunmuş Rafiq Qurbanzadə saxlanılıb.
Ondan külli miqdarda narkotik vasitə olan marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanıb, R.Qurbanzadə barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan əlavə, polis əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri nəticəsində daha 5 nəfər də tutularaq cinayət məsuliyyətinə cəlb olunublar.
Digər Xəbərlər

Polisin saxladığı narkokuryerlərdən 6 kq marixuana aşkarlandı - VİDEO

BAKIDA ƏMƏLİYYAT: Onlayn qumar təşkil edən şəbəkə üzvləri saxlanıldı - VİDEO

Son beş ildə aşkarlanan narkotik vasitələrin sayı açıqlandı

Daşkəsəndə polis çətin relyef şəraitində əməliyyat keçirdi - VİDEO

Keçmiş arvadı ilə mübahisə edən ər qayınını və baldızını bıçaqladı

Cinayətdə şübhəli bilinən 63 nəfər saxlanıldı

Arvadını öldürdü, sonra intihar etdi - Sumqayıtda dəhşət
