Zelenski onları vətəndaşlıqdan məhrum etdi

112 | 2025-10-14 19:21

Ukrayna lideri Vladimir Zelenski Odessa meri Gennadi Truxanovun vətəndaşlıqdan məhrum edilməsi haqqında fərman imzalayıb.

Adalet.az xəbər verir ki, bu barədə “Strana” nəşri məlumat yayıb.

Bildirilir ki, Ali Radanın keçmiş deputatı Oleq Tsarev və balet artisti Sergey Polunin də vətəndaşlıqdan məhrum ediliblər.

Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasil Malyukla görüşdən sonra Zelenski adlarını çəkmədən müəyyən şəxslərin Rusiya vətəndaşlığının təsdiqləndiyini və müvafiq fərmanların hazırlandığını açıqlamışdı.

TƏQVİM / ARXİV