Bulvardakı yeni attraksionlardan istifadə qiymətləri AÇIQLANDI
Bulvar ərazisində yerləşən köhnə attraksionların istismar müddəti başa çatdığı üçün onların bir neçəsi əvvəlcədən sökülüb və yerində yeni, müasir standartlara cavab verən attraksionlar quraşdırılıb.
Adalet.az xəbər verir ki, bu fikirləri Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva jurnalistlərə açıqlamasında səsləndirib.
Onun sözlərinə görə, yeni əyləncə zonası tam yenilənmiş formatda fəaliyyətə başlayıb: “Bulvar ərazisində quraşdırılan attraksionların hər biri beynəlxalq təhlükəsizlik tələblərinə cavab verir. Həm texniki baxımdan, həm də istismar qaydaları üzrə bütün normativlərə riayət olunur”.
O, təhlükəsizlik qaydaları barədə də məlumat verib: “Boyu 120 santimetrdən aşağı olan şəxslərin, hamilə qadınların, eləcə də alkoqol təsiri altında olan insanların attraksionlardan istifadə etməsi qadağandır. Bundan əlavə, ürək, onurğa, təzyiq və ya hər hansı digər ciddi xəstəliyi olan şəxslərin bu attraksionlardan istifadə etməsi tövsiyə olunmur”.
Ə.Mehdiyeva diqqətə çatdırıb ki, attraksionlardan 10 yaşdan yuxarı, sağlamlığı imkan verən şəxslər istifadə edə bilərlər.
O, həmçinin ərazidə ilkin tibbi yardımın göstərilməsi üçün müvafiq şəraitin yaradıldığını vurğulayıb: “Bulvar ərazisinə gələn hər bir vətəndaşın sağlamlığı bizim üçün prioritetdir. Əgər hər hansı zərurət yaranarsa, əməkdaşlarımız tərəfindən ilkin tibbi yardım göstərilir və lazım gəldikdə təcili tibbi yardım xidməti çağırılır”.
Əfsanə Mehdiyeva bildirib ki, yeni əyləncə zonası həm yerli sakinlər, həm də paytaxta gələn turistlər üçün təhlükəsiz və komfortlu istirahət şəraiti təmin edir.
Onun sözlərinə görə, ərazidə sıxlığın qarşısının alınması məqsədilə bilet terminalları da yer alır:
"Bulvar ərazisində iki attraksion zonası fəaliyyət göstərir. Uşaqlar üçün olan attraksionlardan istifadə 3 manat, böyüklər üçün olan attraksionlardan istifadə 4 manat təşkil edir. Ödənişlə hər bir attraksionda 3-4 dəqiqə əylənmək mümkündür".
Digər Xəbərlər
06 Dekabr 2025 21:00
“VEST PARK” MMC Bakıda tarixi binanı zədələdi
06 Dekabr 2025 16:35
Hava yenidən PİSLƏŞƏCƏK: Leysan olacaq, qar yağacaq
06 Dekabr 2025 12:11
Naxçıvan dəmir yolunun Ermənistanla sərhədindəki tikintidən YENİ GÖRÜNTÜLƏR
06 Dekabr 2025 10:48


Bakı -°C

