adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

YETİM ƏLİNDƏ QOĞAL

RÜSTƏM HACIYEV
101663 | 2017-07-25 13:24

Və yaxud gerçəyigörməyi bacarmayanlar

Bu gün bütün yazılıvə elektron medianın əsas mövzusu mətbuat günü və jurnalistlərə ev verilməsidi.Bu məsələ o qədər qloballaşdırılıb ki, hətta Qarabağ mövzüsü unudulub arxa planaatılıbdı. Hansı qəzetə, hansı syata diqqət yetirirsənsə və yaxud sosial şəbəkədəkipaylaşmalara nəzər salırsansa, mövzu jurnalistlər və evdi. Hansısa siyahılardı vəbir də hər kəsin öz uydurduğu yalanlardı. Təbii ki, mən mətbuat işçisi deyiləm.Amma hüquqşünas, bir Qarabağ müharibəsi veteranı, xüsusilə ağdamlı kimi görüb şahidiolduğum bir məsələyə diqqət yetirmək, münasibət bildirmək istəyirəm. Bunun da səbəbihaqqı olana edilən haqsızlıqdı. Söhbət ƏbülfətMədətoğlundan gedir. Onu bir jurnalist, bir qələm adamıkimi 1988-ci ildən tanıyıram. Hadisələrin ilk günlərində o, bir qələm adamı kimiDağlıq Qarabağdaydı. Mən onu dəfələrlə Stepanakertdə, təşkilat komitəsinin yerləşdiyibinada, burada keçirilən tədbirlərdə, pasport rejiminin yoxlanılmasında görmüşəm.Bu gün onun haqqında haqsızlıq edən, allahsızcasına danışanlar onda haradaydı bilmirəm.Əbülfət Mədətoğlu isə Stepanakertdəydi, Laçındaydı, Qubadlıda, Zəngilanda, Cəbrayılda,Füzulidə, Ağdamda, Xocavəndə, Xocalıdaydı. Sonra onun ata evi doğulduğu Tuğ kəndindəyandırılanda o, Ağdamda yerləşən Təşkilat Komitəsinin binasındaydı, burada çalışırdı.Ağdama göydən mərmilər töküləndə o Ziyalılar Evində oturub öz vəzifəsini yerinəyetirirdi. Hətta çox vaxt gecələrdə iş otağında qalırdı. Çünki getməyə evi yoxuydu. Yandırılmışdı evi. Ailəsini Tuğkəndi işğal olunandan sonra Füzulidə yerləşdirdi. Bura da əlindən alındı. Beyləqandauşaq bağçasında məskunlaşdı. Azərbaycanın ilk hərbi jurnalisti kimi səngərləri dolaşdı.Onun səngərdən yazdıqları yazılar bu gün də Azərbaycan ordusu qəzetinin səhifələrindəqalmaqdadı. Sonra «Ədalət» qəzetinin bölgə müxbiri kimi fəaliyyət göstərdi.1996-cı ildən qəzetdə şöbə müdiri təyin olundu, sonra baş redaktorun müavini. Məcburolub uşaq bağçasında yerləşən ailəsini Bakıya gətirdi. Burda da dostların köməyiilə özülü olmayan, tək daşdan gecəqondu tikdi. Həmin gecəqondunu da motodromda sökdülər.«Bakı köçkünü» adlı yazı yazdı «Ədalət»də. ölkənin rəhbər şəxslərinə, orqanlarınadəfəlrlə müraciət etdi. nəhayət, mətbuat günü onu sevindirdilər, ev verdilər.1980-ci ildən mətbuatda imzası ardıcıl görünən bir insan axır ki, ev sahibi oldu.Buna sevinmək əvəzinə dostların xeyir-duasını oxucularının təbrikini yaşamaq əvəzinəünvanına əsassız, haqsız və mənasız iradlar gəldi, adını hallandırdılar. Və mən1990-cı ildən həyatı gözümün önündə olan Əbülfət Mədətoğlunun ünvanına deyilən buiradlara onun dözümünü müşahidə edə-edə məcbur oldum ki, bu gerçəklikləri qəzetsəhifəsinə çıxarım. Yazım ki, Şuşada, Tuğda, Füzulidə düşmənin evsiz qoyduğu ƏbülfətMədətoğlu Bakıda dostlarının tikdiyi gecəqondudan da məhrum olandan sonra heç nəyiolmayan, yuvasız qalan Əbüləti görəsən indi ittiham edənlər niyə susurdular? Niyəonun səsinə sə vermirdilər? Niyə onun haqqını müdafiə etmirdilər? Yəni bu insanlarbu qədərmi allahsızdılar? Yoxsa, yetim əlində qoğal görmək onların xoşuna gəlmir?!

Bəli, mənim bu yazdıqlarımabəlkə də Əbülfət Mədətoğlunun ehtiyacı yoxdu. Amma mən vicdanımıqn səsiylə, ürəyiminhökmüylə odun-alovun içindən çıxmış bir insanın haqqını dilə gətiirrəm və müdaciəedirəm. Və haqsızlıq edənləri haqqa çağırıb vicdanlarının səsini dinləməyi onlaratövsiyə edirəm. Əbülfət Mədətoğluna isə halal haqqı olan evi ndə rahat yaşamağıdiləyirəm.



TƏQVİM / ARXİV