Yaponiyanın İvate prefekturasının hakimiyyət orqanları yerli fermada quş qripi epidemiyası aşkar edildikdən sonra təxminən 560 min toyuğun məhv ediləcəyini açıqlayıb.
Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, epidemiya Kaneqasaki kəndində yerləşən quşçuluq fermasında aşkarlanıb.
Bildirilib ki, görülən tədbirlərə baxmayaraq, Yaponiyada quş qripinin yayılması müntəzəm xarakter daşıyır. Hər payız və qış mövsümündə milyonlarla yoluxmuş toyuq məhv edilir.


Bakı -°C
