“Rusiyanın bölgədə hansı nüfuzu qalıb ki, onunla mübarizə aparılsın?”
“ABŞ-nin Cənubi Qafqazda möhkəmlənməsi, “Tramp yolu” layihəsini reallaşdırmağa başlaması və Azərbaycanla strateji tərəfdaşlıq xartiyasını imzalaması Kremli “hərəkətə” gətirib. Rusiya rəsmiləri, diplomatları və deputatları bir ağızdan eyni cümləni təkrarlayırlar: “Qərb ölkələri Rusiyanın Cənubi Qafqazda mövqelərini zəiflətməyə çalışırlar”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Rusiyanın bölgədə hansı nüfuzu qalıb ki, onunla mübarizə aparılsın? Rusiya Cənubi Qafqazda mövqeyini qorumaq üçün nə edib ki, bölgə ölkələri Moskva ilə hesablaşsınlar? Rusiya Gürcüstanın ərazisini işğal edib, Azərbaycanın mülki təyyarəsini vurub, Ermənistanda radikal müxalifətin əli ilə hakimiyyəti yıxmağa çalışır. Bütün bunlar varkən, bölgə ölkələri obyektiv olaraq Rusiyadan məsafə saxlayacaq, Türkiyə, Avropa İttifaqı və ABŞ-ilə əməkdaşlığı genişləndirəcəklər”, - deyə o, bildirib.
Vasif
Digər Xəbərlər
21 Fevral 2026 12:40
Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı təsdiqlənib
21 Fevral 2026 11:44
“Donald Tramp Sülh Şurasının Qəzzayla kifayətlənməsini istəmir...”
20 Fevral 2026 19:35
Ağ Ev günün fotosunu paylaşıb bunları yazdı - FOTO
20 Fevral 2026 19:11
Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI
20 Fevral 2026 17:19
Azərbaycan səfirliyi Vaşinqtondakı təxribatla bağlı məlumat yaydı
20 Fevral 2026 16:40
Azərbaycan və Sloveniya prezidentləri arasında məktub mübadiləsi olub
20 Fevral 2026 16:00
Bu deputatlara yeni vəzifə verilir
20 Fevral 2026 14:07


Bakı -°C

