YALTAQLIQ PEŞƏSİ - Fəridə RƏHİMLİ yazır

FƏRİDƏ RƏHİMLİ
36674 | 2019-05-17 16:20

Yurdu sarmış qabalıq,yaltaqlıq,

Yüksəliş varsa, səbəbalçaqlıq.

Böyük Hüseyn Cavidd emişdi bunu. Bir başa mənasındamı demişdi, yoxsa ikinci mənasında, onu bilmirəm. İndiki zamanla üststə düşən bir başa mənası odur ki, yarınmasan, yaltaqlanmasan, yalandan tərifləməsən yüksəliş yoxdu, irəliləyiş mümkün deyil. Özündən yüksək vəzifədəki səni insan kimi deyil, mənfəət kimi görür. Və əgər sənin xarakterinlə onun mənfəət prinsipi üststə düşmürsə, demək sən o yerdə "personanongratasan. Yəni, istənməyən, arzuolunmaz şəxs!

İkinci mənası odur ki, dinimizdə buyurulur ki, Allah dərgahına ucalmaq istəyirsənsə, onun qarşısında kiçilməlisən, alçalmalısan. Yəni təkəbbürdən, eqoistlikdən, özünü kimdənsə üstün tutmaqdan qaçmalısan. Özünü başqalarından üstün deyil, ona bərabər, hətta aşağı bilsən, o zaman ucalırsan yüksək məqama.

Sizcə insanları yaltaq, ikiüzlü, yalan, olmağavadaredənnədir? Niyəinsanlar düşüncələrini içlərindən gəldiyi kimi yox, qarşi tərəfə xoş getsindeyə söyləyirlər?

Əlbəttə, kimisə, nəyisə itirmək qorxusu, kiminsəyanında pis olmaq qorxusu!

İnsanın yaranışından bu yana həmişə özündənhakimiyyətdə, mövqedə, gücdə, ad-sanda, şöhrətdə... üstün olanlara yarınmaqlayaşam tərzini qarantiyə almaq mövcud olub. Ömür payımın yarısı sovethakimiyyəti illərinə düşdüyündən iki fərqli hakimiyyət quruluşunda - o dövrləindinin müqayisəsində də yarınmanın, yaltaqlığın, riyakarlığın, ikiüzlülüyün...get-gedə daha da artdığının şahidiyəm. Bu nə kasıblıqla, nə aclıqla, nə dədövrə, zamana görə ortaya çıxan bir əlamət deyil. Bu, mənəviyyat məsələsidir.İnsanların mənəviyyatı aşılanır - təbii ki, səbəblər müxtəlifdi.Ənçox zədə alansa mənəviyyat.

Bu gün kənardan başqalarının gözündə çox rəzil görünənyaltaqlar əsla bundan narahat olmur, əksinə özlərini haqlı sayır, bununladolanışıq yollarını tapdıqlarını hesab edirlər. İkiüzlü adamların öz üzü o qədəriyrəncdir ki, digər bir üzdən istifadəetməli olur. İkiüzlülük rəzalətin ləyaqətə ödədiyi vergidir.

Amma bu keyfiyyətlə rahat yaşaya bilmək üçün vicdanından,mənliyindən əl çəkməlisən! Bütün yaltaqlar, adətən yalançı olurlar. Çox zamanyaltaqlıq qorxudan törəyir. Elə adamlar yaxşı günündə sənə yaltaqlansa da, pisgünündə mütləq sənə arxa çevirəcək. Çünki yaltaqlanası yeniləri peyda olacaq.Hamını tərifləyən adamlar isə heç kəsi qiymətləndirmirlər.

Üzə tərif söyləmək də yaltaqlıq əlamətidir. Ammatəəssüf ki, bütün zamanlarda padşahlar, şahlar, krallar... həmişə tərifxoşlayıblar və bunun üçün saraylarında məddah şairlər, yaltaq vəzir-vəkillər,təlxəklər saxlayıblar. İndi şəkildəyişsə də, həmin mahiyyət, formaqalmaqdadı. Yəni, paltar dəyişib xasiyyət, məziyyət qalıb və daha da "püxtələşib. Kiçikbir idarədə də yaltaqlıqla başını dolandıranlar, məddahlığa görə mükafatınıalanlar və düz danışdığına görə işlərini itirənlər, gözdən düşənlər var. Hətta, bəzən insan düşünürki, yaltaqlıq peşə elan edilməlidir artıq, o qədər ustası var ki...

Bu günün tələbibudu, əgər pis olmaq istəmirsənsə, doğru bildiyini içində saxla, ürəyini deşsədə, söyləmə!

Hər kəs üzdəyaltaqlığı pisləyib-yamanlayır, ancaq yaltaqlananlara, onları öyənlərə nəninkidözür, hətta onlara rəğbət duyurlar, onların tərifləri canlarına yağ kimiyayılır, onların dediyi təriflərin həqiqi olduğunu güman edib, düzünüsöyləyənlərə düşmən kəsilirlər. Düz danışanın haqlı olduğunu sinirə bilmir,üzlərinə söylədikləri doğru sözləri qəbullənə bilmirlər. Unudurlar ki, yaltağınsözü zəhər qatılmış bal kimidi. Qarşındakı səni sevən və hörmət edəndirsə, heçvaxt yaltaqlanmaz, acı da olsa düzünü söylər. Adamları layiq olduğundan az öyməkpaxıllıq, çox tərifləmək yaltaqlıqdı. Yaltaqlar düz adamları sıradan çıxarmaqüçün əllərindən gələni edirlər. Çünki onlardan qorxurlar. Doğruların başdaolması yaltaqlara sərf eləmir. Çünki vəzifə başında olan doğru insan yaltağameydan verməyəcək, bu isə onun süqutu deməkdir.

Üzə deyiləntərif həm danışanı, həm də dinləyəni rüsvay edər. Yalnız ən nanəcib adam üzətərifləyib, arxasınca söyə bilər. İkiüzlü adamlar həmişə kölədirlər, birigetdisə, digərinə yarınacaqlar. Yaltaqlar nə özləri, nə də özgələri haqqındayüksək fikirdə olmadıqları üçün yaltaqlıq edirlər və onlar M.Ə.Sabirin:"Olmasaydı cahanda sarsaqlar, ac qalardı yəqin ki, yaltaqlar"deyimini çox bəyənirlər. O zaman, yaltaqların nəzərdə tutduğu mənsəb sahibləri,diqqətli olun, uğur qazanmaq istəyirsinizsə, yaltaqlardan uzaq olun! Bilin ki,yaltaqlıq edən səni ya aldadır, ya da aldatmaq istəyir. Axır bir gün üzdəkimaskalar cırılacaq və o zaman çox gec olacaq!

Deyir dünyadaüç şey təhlükəlidir: uşaq əlində bıçaq, axmaq əlindəhakimiyyət, yaltaq dilindətərif.

Makedoniyalıİsgəndər bir nəfərə qarşı ittihamı dinlyərkən bir qulağını yumurmuş. Ondanbunun səbəbini soruşanda deyirmiş ki: "Bu qulağımı müttəhim üçünsaxlayıram"...

Bəli, birqulağınızı da doğru danışanlar, sizə yarınmayanlar, sizi yersiz tərif yağışınatutmayanlar üçün saxlayın. Bəlkəsöylədikləri sizi uçurumun kənarından qaytaracaq!..




  • Noyabr:
  • 1

TƏQVİM / ARXİV