adalet.az header logo
  • Bakı -°C

Xeyli silah-sursat aşkarlandı

67 | 2026-01-15 11:55
A- A+

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Adalet.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib. 

Yanvarın 14-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 14 avtomat silahı, 3 pulemyot, 1 tapança, 2 qumbara, 3 qumbaraatan, 2 alışdırıcı, 25 tüfəng, 5 patron darağı və 291 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

  • Yanvar:
  • 9

TƏQVİM / ARXİV