adalet.az header logo
  • Bakı -°C

“Suqovuşan” su anbarında təmir-bərpa işi başa çatdı

96 | 2026-01-15 12:53
A- A+

Qlobal iqlim dəyişikliyinin yaratdığı su qıtlığı fonunda Azərbaycan dövləti su ehtiyatlarının idarə olunmasını milli təhlükəsizliyin əsas prioritetlərindən biri kimi müəyyən edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə su itkilərinin azaldılması və strateji su obyektlərinin bərpası istiqamətində mühüm layihələr icra olunur.

Adalet.az-ın Teleqraf-a istinadən məlumatına görə, bu çərçivədə 1976-cı ildə istismara verilmiş “Suqovuşan” su anbarında və magistral kanallarda əsaslı təmir-bərpa işləri aparılıb.

Su anbarının ümumi su tutumu 5,86 milyon kubmetrdir. Anbarın bəndinin uzunluğu 630 metr, hündürlüyü 28 metr, eni isə 10 metr təşkil edir.

Qeyd edək ki, ərazi 28 il işğal altında qaldığı müddətdə Tərtər, Ağdərə, Goranboy, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonlarında 96 min hektardan artıq torpaq sahəsinin su təminatında ciddi çətinliklər yaranmışdı. İşğaldan azad edildikdən sonra aparılan bərpa işləri nəticəsində suvarma imkanları bərpa olunub.

Tərtərçay Hidroqovşağının İstismarı İdarəsinin baş mühəndisi Hafiz Səfərov bildirib ki, işğal dövründə yararsız vəziyyətə salınmış su anbarının bütün hidrotexniki qurğuları təmir edilib, inzibati bina və emalatxana tikilib, kanallarda yenidənqurma işləri aparılıb.

Hazırda “Suqovuşan” su anbarından götürülən su kanallar vasitəsilə əkin sahələrinə çatdırılır və illərdir susuz qalan torpaqlar yenidən istifadə olunur.

Mütəxəssislər bildirirlər ki, bu layihə kənd təsərrüfatında su təminatını yaxşılaşdırmaqla yanaşı, ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və iqlim dəyişikliklərinin mənfi təsirlərinin azaldılmasına mühüm töhfə verir.

  • Yanvar:
  • 9

TƏQVİM / ARXİV