adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7

XARI BÜLBÜL

FƏRİDƏ RƏHİMLİ
87329 | 2017-04-21 17:30

Baharıngəlişiyləənqaraqabaqinsanbelə, ətrafdagözoxşayan, yaşıllıqdan, xoşətirligül-çiçəkdənilhamalabilir. Güllərə baxdıqda insanın içindəbir fərəhlik, gözəllik, rahatlıq yaranır. Gözəlliyi ilə, al-əlvan rəngləriylə insanınəhvalını müsbətə dəyişir bu təbiət möcüzəsi. Amma yaranışın hər fərdi kimi, güllərədə diqqət yetirəndə hərəsində bir ilahi hikmətin gizləndiyini, yazıldığını görərsən...

Qanrəngli lalənin köksündəki qara xalı hər gördükcə unudulmaz Əlibala Hacızadəni xatırlayıram:

Adındüşüb dillərə

Təkbircə dağla, lalə!

Mənimmilyon dağım var,

Halımaağla, lalə...

Azansəsinə açılan güllər, günəş doğanda, yaxud günəş batanda yumulan güllər, toxunandaləçəkləri büzüşüb yığılan ("küsdüm" gülü də deyirlər adına) güllər...Amma ən çox diqqətimi çəkən Xarı Bülbüldür. Deyilənə görə, Xarı Bülbül yalnız Qarabağdayetişir.

XarıBülbül haqqında bir çox rəvayətlər mövcuddur. Belə deyirlər ki, Qarabağ xanınınqızı Ağabəyim ağanı İran şahlarından birinin oğluna verirlər. Məlum olduğu kimi,o vaxt xanlıqlar arasında əlaqələr yaratmaq üçün "Nikah diplomatiyası"deyilən qız al-verindən istifadə edirdilər. Ağabəyim ağa da belə bir izdivacın qurbanıolmuşdu. Xan qızı qüssələnməsin deyə, şahzadə sarayın yaxınlığında onun üçün birVətən bağı saldırmış, Qarabağ torpağının yetirdiyi bütün ağaclardan, gül-çiçəklərdəngətirib həmin bağda əkdirmişdi. Amma nə qədər ediblərsə də "Xarı Bülbül"üəmələ gətirə bilməyiblər. Bu xalq mahnısı da elə o vaxtdan yaranıb, həmin ovqataköklənib.

Vətən bağı gülüstandı,

Yox içində Xarı Bülbül...

"Xarı Bülbül"təbiətə verdiyi gözəlliyi ilə yanaşı, müalicə əhəmiyyətli bitkidir. "Xarı Bülbül"dənxalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində də geniş istifadə edilir.

"Xarı Bülbül"rəvayəti xalqın yaddaşında belə qalıb.

Rəvayətə görə birgün bülbül öz sevgilisi gülün görüşünə getmək istədiyi vaxt bərk külək əsir. Küləyinməqsədi gülü bülbülün gözləri qarşısında alçaltmaq imiş.

Külək öz gücünə,qüvvəsinə həddindən artıq inanırmış. O, əsəndə, hərəkətə gələndə, aləmi tozanağabürüyəndə bütün canlılar onun qarşısında əyilərmiş. Müqavimət göstərmək istəyənlərineçə yerə şax-budaq eləyib yerlə-yeksan edərmiş.

Bir gün külək varqüvvəsilə əsirmiş. Nəhəng çinarlar, uca sərvlər, salxım söyüdlər onun qarşısındadönə-dönə əyilirdilər. Yalnız zərif, gözəl, ətirli gül küləyin azğınlığına, yekəxanalığınatabe olmurdu. Bunu görən külək heyrətə gəldi:

- Ay zərif gül, sənhansı cəsarətlə mənə baş əymirsən? Sən bu gücü hardan alırsan?

Gülinamla cavab verdi:

-Məhəbbətdən! Məhəbbətin gücü yenilməzolur. Sevən vüqarlı olur, o heç kəsə baş əymək istəmir. Mən Bülbülü sevirəm. Onunsaf məhəbbəti məni baş əyməyə qoymaz.

- Baxarıq! Sən məhəbbətinisına, mən də gücümü...

Külək bu sözlərideyib kükrədi. Elə bu vaxt Bülbül sevgilisi Gülün görüşünə gedirdi. Küləyin qəzəbiyerə, göyə sığmırdı. Zərif otlardan tutmuş fil gövdəli ağaclara qədər ona baş əyirdi.Artıq Gül son qüvvəsini toplayırdı. Onun müqaviməti tükənməyə başlayırdı. Çünkio, tək qalmışdı. Əgər Bülbül yanında olsaydı...

Gül bir yarpaq əyildi.Külək qələbəsindən sevinərək daha bərkdən uğuldadı. Bir az da keçəcək, külək gülüöz gücü ilə ikiqat edəcəkdi. Bülbül özünü vaxtında Gülün harayına çatdırır. O, sinəsiniyavaş-yavaş əyilən Gülün köksünə söykəyir. Külək daha da hiddətlənir. Bülbül Gülünəyilən qamətini düzəldir. Ancaq Gülün xarı (yəni tikanı) onun sinəsinə sancılır.Bülbül məhv olur, amma Gülü bir addım belə əyilməyə qoymur. Elə həmin vaxtdan özünüməhəbbət uğrunda fəda edən Bülbülün adı Xarı Bülbül qalır. Gül Xarı Bülbül görkəmindəgüllər açır. Gülə baxdıqda sanki gülün üzərində bülbül dayanıb kimi təsir bağışlayır.Həmin Xarı Bülbül gülü heç bir qızılgül koluna və gülünə bənzəmir.

Bəli, yaranış məhəbbətdən başlayıb - Allahın məhəbbətləyaratdığı insanlardan, dağlardan, çaylardan, şəlalələrdən, meşələrdən, ağaclardan,gül-çiçəklərdən. İndi də məhəbbət var deyirlər, güllər, bülbüllər də çoxdur, ammaindi heç bir bülbül sinəsini gülün tikanlarına sipər edəcək qədər vəfalı, etibarlı,səbirli, güvənilir deyil...


TƏQVİM / ARXİV