Daxili İşlər Nazirliyinin Polis Akademiyasında kursantların valideynləri üçün növbəti tanışlıq günü - açıq qapı təşkil olunub.
Adalet.az xəbər verir ki, görüşün məqsədi ailələri övladlarının təhsil prosesi, təlim-tərbiyə sistemi, qidalanma və məişət şəraiti ilə əyani şəkildə tanış etmək olub.
Valideynlər Akademiyanın auditoriyalarını, praktiki təlim meydançalarını, idman zallarını və yataqxana kompleksini gəzərək yaradılan şərait barədə ətraflı məlumat alıblar. Onlara bildirilib ki, kursantların peşə hazırlığı müasir standartlara uyğun qurulub, nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların formalaşdırılmasına xüsusi diqqət yetirilir.
Görüş zamanı valideynlər övladlarının gündəlik qidalanma rejimi, tibbi təminatı və sosial-məişət imkanları ilə də maraqlanıblar. Diqqətə çatdırılıb ki, gələcəyin polis zabitlərinin sağlam mühitdə yetişməsi üçün bütün zəruri şərait yaradılıb və bu proses nəzarətdə saxlanılır.
Səmimi dialoq şəraitində keçən tədbirdə valideynləri maraqlandıran suallar cavablandırılıb, onların təklif və rəyləri dinlənilib. Ailələr övladlarının etibarlı mühitdə, peşəkar kollektivin himayəsində formalaşdığını görməkdən məmnunluq ifadə ediblər.
Yazarın digər yazarlar
Suriya kürdlərinin lideri Dəməşqə gəldi
Almaniya əsgərlərinə Qrenlandiyanı tərk etmək əmri verildi
Suriya ordusu strateji Fərat bəndini ələ keçirdi
Yağış və qar yağır - FAKTİKİ HAVA
Raquf Orucovun haqqını rəsmən verməkdə ancaq və ancaq fayda var - Səxavət Məmməd yazır
Raquf Orucov: igidliyi haqqında əfsanələr dolaşan komandir! - Elgün Gəncimsoy yazır
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTOLAR


Bakı -°C
