adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Bakıda uşaq evindən qaçan qız tapıldı - YENİLƏNİB

1001 | 2024-04-16 17:20

Bakıda uşaq evində intihara cəhd olub.

Adalet.az xəbər verir ki, Xətai rayonu, Lütfüzadə küçəsində yerləşən 3 saylı uşaq evində yaşayan 16 yaşlı M.Ağayeva (şərti) qollarına kəsici alətlə xəsarətlər yetirib. O, daha sonra müəssisəni tərk edib.

DİN-nin Mətbuat Xidmətindən verilən məlumata görə, yeniyetmə qız artıq tapılıb: “Xətai rayonunda yerləşən 3 saylı uşaq evində qalan, 16 yaşlı qız M.A-nın oradan qaçması və özünə xəsarət yetirməsi ilə bağlı polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayan M.A Binə qəsəbəsində tapılıb və uşaq evinə qaytarılıb. İlkin müayinə zamanı, onun qol nahiyəsində xəsarətlər aşkar edilib. Araşdırmalar davam etdirilir”.

 

***

Bakıda uşaq evində intihara cəhd olub.

Adalet.az Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən 3 saylı uşaq evində qeydə alınıb.

Orada qalan 16 yaşlı M.A. (ad şərtidir) qollarını doğrayıb.

Uşaq evinin rəhbərliyi dərhal qıza ilkin tibbi yardım göstərib, sonra həkim çağırıb və bu barədə polisi məlumatlandırıb. Təcili yardım briqadası və polis uşaq evinə daxil olarkən qız oradan qaçıb.

Hazırda onun tapılması istiqamətində axtarışlar davam etdirilir.

TƏQVİM / ARXİV