adalet.az header logo
  • Bakı 13°C

Ukraynada müharibə sonsuzluğa qədərmi davam edəcək? -   Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
929 | 2022-08-15 09:55

 Dünyanın tanınmış siyasətçilərinin ekspertlərinin bu məsələyə yanaşmaları da müxtəlifdir. Lakin onların əksəriyyətinin qənaəti ondan ibarətdir ki, hərbi qarşıdurma mütləq dayandırılmalı və tərəflər qarşılıqlı güzəştləri qəbul etməklə danışıqlar masasına oturmalıdırlar. Lakin göründüyü kimi bu o qədər də asan başa gələ bilən məsələ deyil.

Əvvala Rusiya tərəfi uzağı bir həftəyə qalib gələcəyinə inamı ilə  artıq 6 aya yaxındır ki, istədiyinə nail ola bilmir və onların  heç qələbə perspektivi belə görünmür. Buna baxmayaraq, danışıqlar masasına oturmaq istəmir və bunun üçün  Ukrayna tərəfinin heç bir halda qəbul edə bilməyəcəyi, Donbass və Luqansk vilayətlərinin qondarma "müstəqilliyinin" tanınması kimi absurd şərtlər irəli sürür.

Təbii ki, yeni silahlarını sınaqdan çıxarmaq üçün haxıt poliqon tspan və müharubənin sonlanmasında maraqlı olmayan ABŞ və Qərbin fitvası və həm maddi, həm də hərbi dəstəyindən "ruhlanan" Ukraynada bu şərtləri qəbul etmir və edə də bilməz. Ukraynanıların danışıqlar  masası arxasına otumaq üçün, rus qoşunlarının Krımdan, Donbas və Luqanskdan qeyri şərtsiz çıxarması və Ukraynanın ərazi bütövlüyünü tanıması kimi öz şərtləri var ki, bunu da ambisiyası çox yüksək olan, hələ də imperiyanın bərpssı xəyalları ilə yaşayan Putin Rusiyası heç bir halda qəbul etmir. Yəni yuxarıda qeyd etdiyimiz kimi, danışıqların baş tutma perspektivi demək olar ki, görümmür.

Əslində siyasi və hərbi ekspertlərin də  düşündükləri kimi, məsələnin diplomatik həlli mümkünsüz görünür. Qalır qeyri diplomatik həlli, yəni bu da müharibəni sonsuzluğa qədər davam etdirmək. 

Hələ ki, həm Rusiya rəhbərliyi, həm də Ukrayna rəhbərliyi qeyri diplomatik yola - müharibəni davam etdirməyə üstünlük verirlər. Müharibə isə dağıntılar, coxsaylı insan tələfatları, daha ağır faciələr deməkdir. 

Maraqlıdır ki, Rusiya - Ukrayna müharibəsi hər iki dövlətlərlə yanaşı, bütün dünyanı ciddi  iqtisadi böhran vəziyyətinə gətirib çıxarıb. Artıq Rusiyadan enerji asılılığı ilə üzləşən  Avropa ölkələrində ciddi enerji böhranı ilə üsəzləşir. Qiymətlər sürətlə artır. Bu isə vətəndaşların etirazlarına səbəb olur. Qarşıdan gələn qış aylarında istiliklə bağlı, ərzaq və digər tələbatlarının qiymətlərində daha çox artımların olacağından xəbər verir. 

Avropa buna hazırdırmı? Göründüyü qədər yox. Artıq Fransa, Almaniya, Bolqsrıstan, Macarıstan və digər dövlətlərin syasi rəhbərləri antirusiya sanksiyalarının tədbiqi ilə bağlı etiraz səsləri eşidilməkdədir. Qadağalara baxmayaraq İspaniya, İtaliya, Yunanıstan kimi NATO-ya üzv dövlətlərin gizli yollarla Rusiyadan enerji məhsullarını aldıqları barədə xəbərlər yayılır ki, bu da Ağ Evi çox narahat edir. 

Müharibənin davam etməsində maraqlı olan Birləşmiş Ştatlar, bundan istifadə edərək əzəli və əbədi düşmən saydığı Rusiyanı çökdürmək istəyir. Lakin hələ ki, buna nail olmaqdan çox uzaqdır. Antirusiya sanksiyaları, Rusiyadan çox tərəfdaş saydığı dövlətlərə ciddi təsir edir. Bu isə Sem dayının heç nəzərdə tutmadığı "mərkəzdən qaçmalara" səbəb ola bilər. 

Bütün bulara baxmayaraq, Ağ Ev rəhbərləri ən yüksək səviyyələrdə bir tərəfdən güya müharibənin sonlandırılmasının tərəfində olduqlarını bəyan etsələr də, digər tərəfdən də Ukraynanı ən müasir silahlarla təhcuz etməkdə davam edirlər. Pentaqon bunu belə əsaslandırır ki, "Ukrayna istəyirsə, biz verməliyik". 

Bir sözlə müharibə davam edir, hər ötən gün, gah ukrayna ordusu bir və ya iki yaşayış məntəqəsini azad etdikləri, çoxlu sayda rus əsgərlərinin və hərbi texnikasının məhv edikləri  barədə xəbərlər yayır, gah da rusiya hərbi geniraliteti haraları isə aldıqları,  və s. barədə, daha çox təbliğata hesablanmış xəbərlər yayırlar...

 

TƏQVİM / ARXİV