adalet.az header logo
  • Bakı -°C

"Uber"in sürücüsü jurnalistə hücum etdi - Maşını üstünə sürdü

68 | 2025-12-17 11:36
A- A+

Bakıda jurnalist Nigar Orucova taksi sürücüsünün hücumuna məruz qalıb.

Adalet.az xəbər verir ki, bu barədə özü sosial şəbəkədə paylaşım edib.

Bildirib ki, "Uber" şirkətindən taksi çağırıb: "Proqramda sürücünün eşitmə məhdudiyyətli olduğu qeyd olunmuşdu. Bir dəfə də belə məhdudiyyətli sürücü ilə gələndə heç bir problem yaşamadığım üçün bu dəfə də imtina etmədim. Avtomobilə əyləşib yolu izah etmək üçün telefonda yazıb sürücüyə göstərdim. İşarə etdi ki, oxuya bilmir. Məcbur qalıb maşından düşdüm. Amma hələ həyətimizdən çıxmadığımız üçün ödəniş etmədim. Adam dalımca düşüb mənə hücum etmək istədi. Yaxşı ki, həyətdə qonşular var. Qaçdım yanlarına. Bunu görən sürücü telefonunu çıxarıb şəklimi çəkdi. Sonra maşınına əyşib sürdü. Mən də şikayət edə bilməyim üçün telefonla arxadan avtomobilin şəklini çəkdim. Bunu görən sürücü yüksək sürətlə maşını arxaya-arxaya üstümə sürdü. Zamanında yoldan çıxa bildim".

Daxili İşlər Nazirliyinin bölmə rəisi Nurlan Əliyev bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır. 

TƏQVİM / ARXİV