Braziliyanın "Santos" komandası hücumçusu Neymarla yeni müqavilə barədə danışıqlara başlayıb.
Adalet.az ESPN nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi 33 yaşlı futbolçu ilə razılıq əldə edib.
Braziliya təmsilçisi oyunçunu 6 aylıq sözləşmə ilə 2026-cı il dünya çempionatına qədər komandada saxlamaq niyyətindədir.
Qeyd edək ki, Neymarın “Santos”la müqaviləsi bu ilin sonunda başa çatacaq.


Bakı -°C
