Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının ilin yekunlarına dair iclası oldu
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının ilin yekunlarına həsr olunmuş iclası keçirilib.
Adalet.az xəbər verir ki, toplantıda Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov, Müşahidə Şurasının üzvləri Vüqar Əliyev, Şəfəq Mehrəliyeva, Sevil Mikayılova, Elçin Şıxlı və Agentliyin İcraçı direktoru Əhməd İsmayılov iştirak ediblər.
İclas zamanı Agentliyin cari il ərzində həyata keçirdiyi fəaliyyətlər, prioritet istiqamətlər üzrə görülmüş işlər, beynəlxalq əməkdaşlıq çərçivəsində əldə olunan nəticələr və təşkil edilən layihələrin ümumi media mühitinə təsirindən bəhs edilib.
Eyni zamanda, növbəti dövr üçün əsas hədəflər, tərəfdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və qlobal informasiya mühitində Azərbaycanın mövqeyinin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, görüş çərçivəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov tərəfindən Müşahidə Şurasının üzvlərinə "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı təqdim olunub.
Digər Xəbərlər
13 Fevral 2026 14:16
Mətbuat Şurası Azərbaycan Televiziyasını təbrik etdi
10 Fevral 2026 13:31
“Media haqqında” qanuna dəyişiklik edilir
09 Fevral 2026 12:31
Bu məlumatları yayan media subyekti məsuliyyət daşıyacaq - Ali Məhkəmə
06 Fevral 2026 15:29
Mətbuat Şurası liseyindəki hadisə ilə bağlı jurnalistlərə çağırış etdi
03 Fevral 2026 18:31
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib - FOTOLAR
03 Fevral 2026 12:05
Mətbuat Şurası sosial media istifadəçilərinə çağırış etdi
27 Yanvar 2026 16:25
MEDİA Azərbaycan-Türkiyə strateji müttəfiqliyini hədəf alan dezinformasiyaya münasibət bildirdi
27 Yanvar 2026 11:54


Bakı -°C

