Türkiyə Suriyaya təbii qaz ixrac edəcək

127 | 2025-05-22 15:19

Türkiyə tezliklə Suriyaya iki milyard kubmetr həcmində təbii qaz ixracına başlayacaq.

Adalet.az  “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar bildirib.

Onun sözlərinə görə, Türkiyə Suriyaya elektrik enerjisi ixracatını da üç qat artıracaq.

Nazir qarşıdan gələn aylarda min meqavatlıq elektrik enerjisi ixrac etməyi planlaşdırdıqlarını bildirib.

TƏQVİM / ARXİV