Qazaxda yük maşını qatarla toqquşub - Yaralı var

99 | 2025-05-22 18:26

Qazaxda yük maşını qatarla toqquşub, xəsarət alan var.

Adalet.az  xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Ford” markalı yük maşınının sürücüsü 1978-ci il təvəllüdlü Tovuz rayon sakini Ə.Şirinov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bidirilir.

Hadisə yerinə adiyyəti qurumların əməkdaşları cəlb olunub.

TƏQVİM / ARXİV