Pakistan Baş naziri Azərbaycana səfər edəcək

Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycana səfər edəcək.
Adalet.az xəbər verir ki, bu barədə Pakistanın hökumət mənbələri məlumat yayıb.
Şahbaz Şərif gələn həftə İran, Azərbaycan və Türkiyəyə təcili səfər edəcək.
Bildirilib ki, Şahbaz Şərif İran, Azərbaycan və Türkiyə liderləri ilə görüşəcək. O, Hindistanla son qarşıdurmada göstərdikləri dəstəyə görə onlara təşəkkür edəcək.
Mənbələr əlavə edib ki, danışıqlarda regional və qlobal problemlərin müzakirəsi də nəzərdə tutulub.
Digər Xəbərlər

"“Azərbaycan” məhəlləsi bizim ən dəyərli layihələrimizdən biridir" - Ərdoğan

Azərbaycan hər zaman Türkiyənin, Türkiyə də hər zaman Azərbaycanın yanında olub

İlham Əliyev: Kahramanmaraşlılar sınmadılar, əyilmədilər
