"Ermənistan hazırda TRIPP ("Tramp marşrutu") layihəsi çərçivəsində sənədlərin razılaşdırılması mərhələsindədir".
Adalet.az news.am-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
Onun sözlərinə görə, növbəti mərhələdə konkret sazişin imzalanması nəzərdə tutulur.
"Hazırda biz danışıqları davam etdiririk, məlumat mübadiləsi aparırıq və nəticədə hökumətlərarası saziş formasında sənəd ortaya çıxmalıdır. Bu məsələ üzrə danışıqlar ləngiməyib. Biz məhz planlaşdırdığımız mərhələdəyik və iş davam edir", - deyə Mirzoyan vurğulayıb.


Bakı -°C
