Trampla jurnalist arasında gərginlik - VİDEO

255 | 2025-09-16 18:43

ABŞ prezidenti Donald Trampla avstraliyalı jurnalist arasında gərginlik yaşanıb. 

Adalet.az xəbər verir ki, jurnalistin şəxsi bizneslə bağlı sualı Trampı əsəbiləşdirib. 

Jurnalist: Vəzifədə olan prezident bu qədər işgüzar fəaliyyətlə məşğul olmalıdırmı?

Tramp: Sən haradansan?

Jurnalist: Avstraliyadan.

Tramp: Siz hazırda Avstraliyaya çox ziyan vurursunuz. Bu barədə liderinizə deyəcəyəm.

Jurnalist: Bağışlayın.

Tramp: Sus.

 

TƏQVİM / ARXİV