Teymur Əmrah: “Həmin qocalar adlarını sənətkar qoyublar”

77 | 2025-09-18 12:27

Uzun zamandır efirlərdə görünməyən əməkdar artist  Teymur  Əmrah açıqlaması ilə diqqət çəkib.

Adalet.az bildirir ki, sənətçi xalq və bəstəkar mahnılarını düzgün ifa etməyən müğənnilərdən danışıb:

““Kimsəsizlər evi”ndən gəlib əzab- əziyyətlə Gimnaziyanı bitirdim, daha sonra Musiqi Akademiyasını bitirdim. Mənim 25 illik pedaqoki fəaliyyətim var. Mən birbaşa ali məktəbdə dərs demişəm. Mən bu qədər əziyyət çəkmədim ki, sonra gəlim qeyri- peşəkar insanla mövzu müzakirə edim.
Məhz bu səbəbdən bir çox efirlərin tərzi məni qane etmir. Buna görə də efirlərə dəvət alsam da tez- tez getmirəm.

Əsas məsələlərdən biri ,bizim qoca oxuyanlarda da problem var. Adlarını sənətkar qoyublar həmin qocalar. Efirdə maraqlı görünmək üçün yalandan saxta danışırlar. Bu qədər yalanlar danışırlar, ancaq bir şeydən utanmırlar ki, mən sağam, Azər Zeynalov sağdır,Aygün Bayramova sağdır, bizdən böyük korifeylər sağdır. Ən zaından bunlarla üz- üzə gələndə qızaracaqlarını da düşünmürlər”. 

Əntiqə

TƏQVİM / ARXİV