Prodüsser, aparıcı Tarix Əliyev od püskürdü.
Adalet.az xəbər verir ki, o, Kəmalə Qaramollayevanın efirdən getməsini normal qəbul etmədiyini söyləyib:
“Mən onun sənətini ortaya qoyub müzakirə edərəm. Buna ixtiyar var. Kəmalə, Azərbaycan mədəniyyəti üçün nə etmisən?! Sənətin göz qabağındadır. Nə böyük sənətin var sənin?! Asif Kərimovun adı altında gizlənmək lazım deyil. İnsanın özü sənətkar və peşəkar olmalıdır. Hamı deyir ki, o istedalıdır. Amma nə olsun? Olsun da istedadlı qız. Ondan da istedadlılar papaq altında yatır. İnsan özünə hörmət etməlidir.Proqramda bir dəfə itə görə ağlayıb efirdən bayıra çıxır, bir dəfə başqa bir bəhanə getirir ki, gələ bilmirəm. Belə hörmətsizlik olmaz”.
Əntiqə