Britaniya İsraillə ticarət danışıqlarını dayandırdı

154 | 2025-05-20 19:00

İsrailin Qəzza zolağında yeni hərbi əməliyyatı səbəbindən Britaniya İsraillə azad ticarət sazişi üzrə danışıqları dayandırıb.

Adalet.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi bildirib.

Onun sözlərinə görə, London bu addımı İsrailin baş naziri Benyamin Netanyahunun humanitar yardımın daşınmasına mane olması, həmçinin anklavda hərbi əməliyyatları genişləndirməsi səbəbindən atıb.

Lemmi əlavə edib ki, İsrail səfiri Tzipi Hotovely Britaniya Xarici İşlər Nazirliyinə çağırılacaq.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail bütün Qəzza zolağına nəzarət edəcək və Fələstin HƏMAS hərəkatının “humanitar yardımı talamasına” imkan verməyəcək.

TƏQVİM / ARXİV