adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Tanrı başıma sığal çəkmişdi...

SÜBHAN MAHMUDOV
265010 | 2017-03-07 13:30

"Yaşamaq ən ali səadətdi...

Heç nəyə baxmayaraq Yaşamaq!”

Jorj Sand

                                                                                                                     


Bu səhər çox gümrah oyandım yuxudan.Yatıb qalmamışdım, işə vaxtında çatacaqdım. Mənə elə gəldi ki, bu səhər başqasəhərdi. Fərqliliyini indi göstərməsə də, bir azdan mütləq göstərəcəkdi. Pəncərəniaçdım təmiz havanı ciyərlərimə çəkdim, baharın qoxusu gəlirdi artıq...SankiTanrı sehrli fırçasını hazırlayıb yavaş-yavaşözünün "Bahar rəsmi”ni cızma-qara eləyirdi. Çox keçməz şahanə "əsəri” hazırolacaq. Ciyərlərimə axan təmiz hava əvvəl qulaqlarımdan, sonra gözlərimdən,sonra burnumdan keçib, sel kimi axıb qəlbimə doldu. Yox, dəqiq, bu gün başqagün olacaqdı...

Hər açılan səhər gözəldi. Yetər ki, görməyibacarasan.Həyatın bozluğundan və adiliyindən şikayət etmə,sadəcə bax... Elə bax ki, gözəllikləri görə biləsən. Gözünü buna öyrəşdirsən, qəlbin də adət edər. Qəlbin adətetməsindən sonra isə hər şey daha gözəl olacaq. Çünki əməllər də bu gözəlliyəuyğunlaşır, onlar da qeyri-adi nizamla öz axarını dəyişir. Budur, həyatdediyin...Bu gün adi bir gün yox, istisnadır.

Vaxtım var idi deyə tələsmirdim. Mədəm səhər yeməyinəac deyildi, günün möhtəşəmliyi gözümü açandan bəri doydurmuşdu məni. Bir anlıqduruxdum...Deyəsən, yuxuda Tanrı başıma sığal çəkmişdi. Tam xatırlamaq üçünçarpayımın qırağında əyləşib dərindən fikirləşməyə başladım. O, mənəyaxınlaşırdı, gözlərimi bərəldib heyrətlə baxırdım. Dəqiq desəm, nur gözlərimiqamaşdırırdı. Üzümə xoş gülümsədiyini görə bildim. Bu sadə, bəlkə də uşaqsayağıVarlıq bütün bədənimi süstləşdirmişdi. Nəhayət cəsarət tapıb özümü toparladım.Bir addım atsam, nura qarışacaqdım. Çaşğınlığımı görüb məni qabaqladı, indidaha səmimi gülümsəyirdi. Birdən bu nur hər tərəfi bürüdü, özümdən asılıolmayaraq gözlərimi bərk yumdum. Zərif toxunuş bədənimə ilıq istilik yaydı.Sonrasını nə qədər istəsəm də xatırlaya bilmədim...Qəribədir, bu yuxunu niyəoyanarkən xatırlamamşdım?

Artıq gecənin səssizliyindən əsər-əlamətqalmamışdı, maşınlar yolda şütüyür, uşaqlarını əllərindən bərk- bərk tutub məktəbə,baxçaya aparan valideynlər görünürdü. Gecə səssizliyini pozan bu nizamsızlığınözü də insana ruh verirdi. Hamı kimi mən də tələsməyə başladım. Yuxu məni əməllicəçaşdırmışdı. Az qalmışdı dayanacağı ötürəm. Nə idi bu? Səbəbini bilmədiyim fəhm?Yoxsa, əvvəlki günlərin təzadı? Bir sözlə,səhərki fiziki gümrahlığıma bir az da zehni gümrahlıq əlavə olunmşdu.

Parkda göyərçinləri ətrafına yığıb çörək verən adamsanki onlarla dərdləşirdi. Mənə elə gəlir ki, göyərçinlər onun yanına yox, ogöyərçinlərin yanına gəlir. Çörəyini yeməyəni balaca uşaq kimi danlayırdı, buda onun dünyasıydı, belə rahatlıq tapır yəqin... İnsanların ruh qohumluğunainanmışam hər zaman. Bir skamyada toplaşmış təqaüdçü yaşlılar dərin müzakirələredirdilər, səsləri bütün parkı götürmüşdü...Görəsən, onlar da bu günün gözəlliyininfərqindəydilər? Bəlkə, bunu müzakirə edirdilər?

Metroya çata-çatda gözümə dükanların arasında ikidivar arasına sıxılıb dayanan bir yaşlı qoca dəydi, ürəyim parçalandı... Dinməzcə,eləcə divalar arasında sıxılıb dayanmışdı.. Bəlkə də hər şeydən qaçıb təkliyinəsığınmışdı qoca... Əynindəki nimdaş gödəkcənimdaş xatirələrdən xəbər verirdi. Üzünün qırışlarından gözləri görünmürdü...Həyatınağır yükü belini büküb, çiyinlərini əymişdi. Bütün dünya üstünə gəlirdi, o daiki divarın arasına sıxılıb: - Gəlmə, dünya, üstümə, artıq taqətim qalmayıb,qalxa bilmərəm,qalaram altında,-deyirdi...

Həyat davam edirdi, insanlargəlib-gedir, onun üçün isə durmuşdu həyat. Kimsəsiz tənha qoca... Mən dədonmuşdum. Düz qarışısında əllərim yanımdadayanmışdım. Başını astaca qaldırıb qıyıq gözləri ilə düz gözümün içinə baxdı.Qar altındakı vulkan kimi püskürməyə hazır olan qığılcım kimiydi gözləri.Gülümsədi... Bu "könüllü məhbəs” yuxudakı nurlu varlığa oxşayırdı. Eynən onunkimi gülümsəyirdi...nurlu, xoş və ilıq...Bütün bu çətin həyatın içində onuçoxdan haqlamış bu qocalıq heç nəyə baxmayaraq təpədən dırnağacan həyatsaçırdı. Kirli üst-başı, qırış basmış əlləri və üzü, dolaşıq ağ saçları və təziməhazır kimi bükülmüş beli həyatın son akkordlarını vurmağa hazır dayansa dagözlərindəki parıltı, nur saçırdı bu həyat sevgisinə. İztirabdan qorxansevincdən də qorxur...Qoca bunu anlamışdı, ona görə bütün iztirablarına həqiqiyanaşırdı. Amma sadəcə həqiqi yox, həm də ömrünü həsr edəcəyi sevgi ilə...

Yer üzündə olan hər şey Tanrının "əlişidir”. Bizlər onun sehrli fırçasından çıxmışıq. Onun qələmi yaratmışdı bunurani qocanı da. Yaratmışdı ki, biz bu kəhkəşan kimi sonsuz dünyada sonsuz qəlb işartılarının fərqində olaq...

Özümdən asılı olmayaraq yaxınlaşıb əlimiçəkinə-çəkinə bozarmış dolaşıq saçlarının arasında gəzdirdim. Tanrının tumarıkimi...

TƏQVİM / ARXİV