adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

MÜHARİBƏ VƏ PSİXOLOGİYA - Sübhan Mahmudov yazır

SÜBHAN MAHMUDOV
993 | 2022-10-25 11:50

Müharibənin hərbçilərə verdiyi fiziki zərbədən daha ağırı var ki, bu da psixoloji zərbədir. Qərb düşüncəsindən fərqli olaraq bizdə psixoloq yanına getməyə hər zaman qəribə yanaşma, cəmiyyət baxımdan eyhamlı yanaşma olub.

Şükürlər olsun ki, vətən savaşımızdan sonra müxtəlif təbliğat və s. mexanizmlərdən sonra bu mərhələni bir qədər aşdıq. Ən azından hərbçilər, qaziləri psixoloji mərkəzlərə cəlb etməyə çalışır, onların "qondarma" eyhamlardan xilas olması üçün işlər görülüb.

Amma bunu bütün cəmiyyət olaraq, mülkiyə də yanaşma da mümkün olub desək yanılmış olarıq.

Əzizlərini döyüş meydadında itirən, yanında insan meyitləri, param-parça olmuş əzaları görmək hər halda bir hərbçinin həyatınl büsbütün dəyişir ki, bu da postmüharibə tendensiyasıdır.

Qazi dostum Emin Piriylə söhbət əsnasında bəzi mətləblər yerinə düşür. Əlbəttə, bu xatirəni də onun izliylə bölüşürəm:

"Ağdamda, səngər həyatında idi. Səngər irəli çəkmələr və.s məsələlərdən dolayı gənc bir zabitin stress, travma alması tam normal bir şey idi. Hə, o zamanlar 22-23 yaşım vardı. Dünya ədəbiyyatına meylli olmaq, bir çox filmlərini izləmiş olduğumdan cəmiyyətin bu kimi məsələlərə olan çəkincəklik müqayisəsində psixoloji amillərə önəm verirdim. Həm də bu önəm qabaqlayıcı tədbir, özünüqoruma instinkt idi. Sonrakı hər hansı çətin durumdan, problemlərdən və ya yarana biləcək problemin qarşısını almaq üçün düşündüm ki, bir psixoloqla görüşüm. Açığı baş verənlər saf, universiteti yeni bitirmiş, hələ də tələbə ab-havasında qalan biri üçün çox çətin idi.

Məzuniyyətə çıxanda dedim rayonlarımızın birində olan xəstəxanalara baş çəkim.

Elə də etdim. Öncə xəstəxanada qarşıma iki gənc tibb bacısı çıxdı. Onlardan psixoloq və ya nervipotoloqla görüşmək istədiyimi bilmirdim. Kiminçün deyəndəsə, özüm üçün dedim. Bu an o gənc tibb bacılarının gülüşü gördüm. Baş verənlər o qədər psixoloji təsir etməsə də onların gülüşü mənə ayrıca travma yaşantısı kimi oldu. Halbuki səngərin o anları mənə şərəfli xatirə kimi gəlir, amma o gülüşü unuda bilmirəm.

Axı, bu nəyin gülüşü idi? Cəmiyyətdə psixoloq yanaşmasının necə olduğunu bilirsən, bəs, bunun tibb bacısının düşüncəsinə yansımasına nə ad verəsən?
Özü də belə bir yanaşma olan cəmiyyətdə ən çox da tibb işçiləri bu tabuları dağıtmalı olduğu halda...

Birinin o birinə hələ gülərək; cavan oğlandı, hələ psixoloqo da gəlir eyhamı...

Əlbəttə, onların gülümsəməsinə baxmayaraq psixoloqla orda görüşdüm. Xeyri də oldu.

Daha sonra müharibə və.s. Uzun illərdən sonra.

Cəmiyyət olaraq bu yanaşmanı aşmışdıq. Amma onun travması, həmin tibb bacısı kimi insanların deyimləri yaddan çıxmırdı.

Əlbəttə, cəmiyyət olaraq bir qazi ilə fəxr edir, əksinə müxtəkif variantlarla psixoloji, reablitasiya mərkəzlərinə cəlb edirlər. Bu alqışlanası addımdır.

Amma yenə də vaxtilə olan bi qorxu, yanaşması qalırdı. O tibb bacıları...

Bu yaxınlarda FHN türkiyəli mütəxəssislər biriqadası gətirmişdi ölkəyə. Sırf qazilərimiz yararlansın. Kiminsə ehtiyacı varsa.

Digər qurumlarından da FHN nümunə götürməsini istərdim. Çünki bu addım neçə -neçə qazinin həyata bağlanmasına, cəmiyyətə inteqrasiya olmasına böyük köməklik göstərdi."

Emin dostumuzun dediklərindən göründüyü kimi bizdə bəzi hallarda qazidən daha çox onu qəbul edəcək şəxslərin psixoloji olaraq maariflənməsinə, yanaşma tərzlərinə əl gəzdirməsinə ehtiyac var.

Türkiyəli tibb jurnalları və.s araşdırdım. Psixoloji və bu kimi maarifçilik, təhsillə bağlı maraqlı yanaşmalara rast gəldim.

Bəli, hərbi ilə bağlı bir sıra aktual məsələlər diqqətimi çəkdi. Türkiyədə belə sırf hərbi-psixoloqlar var və onlar mülki ilə işləyən psixoloqlardan seçilir.

Çünki hərbi-psixoloqlar sırf hərbçilərdən, qazilərdən seçilir. Ona görə yox ki, hərbiçilərə jest edirlər və.s. Ona görə ki, həmin psixoloq da onlar kimi döyüşdə olmuş olur, savad, ixtisas peşəkarlığından əlavə özü də həmin adamları daha dərindən duyur, anlayır. Keçirə biləcəyi hisləri özü onlar qədər yaşaya və ya başa düşə bilir. Buna görə də hərbi-psixoloqlar sırf həmin şəxslərdən seçilir, bu ixtisasa yiyələnməkçün təhsilə onlar cəlb edilir.

Düşünürəm ki, bizim də hərbi-psixoloqların yetişməsinə, belə tədris mərkəzlərinə ehtiyacımız var.

TƏQVİM / ARXİV