Günəşin qar dənəcikləri

SÜBHAN MAHMUDOV
47104 | 2016-12-01 12:25

Qarlı, küləkli, şaxtalı bir hava…Yollardumanlı, hava buludlu… Küləyə qarşı atılan sərt addımlar… Soyuqdan paltosunubərk-bərk sıxan buz kimi əllər…

Qar dənəciklərinə baxıram, bəzisi mənətəbəssüm, bəzisi kədər verir. Külək elə nifrətlə əsir ki, elə bil heç ömründəəsməyib.Tanrı bizlərə qəzəblidi, qarla küləklə göstərir bizə sərt üzünü. Bizsəgülümsəyərək əsən küləyə baxıb nadinclik etdiyini düşünürük. Bəlkə də təsəllitapırıq. Havalar soyuduqca yollar boşalır, həyat səssizləşir, divarlarçılpaqlaşır. Kimsə şaxtalı, boranlı gecədə, soyuq daxmada gözləyir ömrününsonunu. Bunu sözlə təsəvvür etmək belə ağırdı..

Hər tərəf qara bürünür, örtür bütün günahlarıyerə düşən qar dənəcikləri. Baxırsan, gülən insanlar, əl-ələ gəzən sevgililərvə dəniz kənarında tək oturub mavi sularla danışan tənha qoca. Soyuğa təslim olmuş dəniz ləpələrinin sayı qədər həyatıtəkrar olan qoca.

Nə vaxt ki, qar dənəcikləri səmadan düşür, bürünüryer üzü ağ örtüyə, gizlənir bütün günahlar. Müvəqqəti, hələlik. Sonra Günəşdoğur və heç nə gizlində qalmır. Əbədi, həmişəlik.


TƏQVİM / ARXİV