Siz AZAD JURNALİST üçün nə etmisiniz?! - Elçin Cəlilov yazır

99 | 2025-09-06 16:21

Özümü emosional situasiyalardan uzaq tuturam, çünki kütləylə höcətləşmək mənimçün çoxdan “sizif əməyi”ndən başqa bir şey deyil.

Görürəm, yenə idman jurnalistikasına diş qıcayırlar.  Kütlə bütün problemlərin həllini ondan tələb edir. “Duxunuz çatır, məşqçini yox, yuxarıları tənqid edin” və s. 

Bunu artıqlamasıyla edən idman jurnalistləri var, haçan onlara qarşı hücum olanda qahmar çıxmısınız?!

İdman jutnalistlərinin oyunda hansı hala düşdüyünü görsəydiniz, Santuşa qarşı emosional suallarına dil uzatmazdınız.

Sizinki bilirsiz nədir? - “gəlin yığışaq, gedin müharibəyə!”

Şəxsən mən dəfələrlə inanılmaz ağır situasiyalara salınmışam, hansı biriniz qahmar çıxmısınız, hörmətli TƏLƏBKARLAR??

Siz “Bizim ANS” dediyiniz kanalı belə ortada “yetim” qoyub bağlanmasına qarşı heç səsinizi çıxatmamışdınız...

Siz AZAD JURNALİST üçün nə etmisiniz?!

Nə bilirsiniz, jurnalist haqqı yazmaq üçün hansı ağır həmlələri gözə alır, pərdəarxası nə mübarizələrə təkbaşına durur..

Reykyavikdə olan idman jurnalistlərindən biri kimi deyirəm, 3-4-5-ci qollar vurulanda iynə batırsan, qan çıxmazdı bizdən. Media önünə çıxan Cahangir Fərəcullayevə də biabırçılığın səbəb və nəticələrindən sual verən BİNƏVA idman jurnalistidir, mətbuat konfransında emosiyasını Santuşdan çıxan da. 

Həkimə, müəllimə və s. zorla rüşvət verən o kütlə jurnalistin bircə materialına ödəniş edib oxumaz, qəzeti almaz, ancaq bağırtı ilə “sən HAQQI deməlisən!!!” - deyər. 

Bəli, jurnalistin peşə borcudur bu, ancaq “at izinin it izinə qarışdığı” zəmanədə siz minbir risklə HAQQI yazanları kənara atıb nəyin üstünə düşmüsüz belə?!

Belə də ki, sən haqqı deyənlərin soyuq dörd divar arasındakı halını bircə dəfə sormusan?!

İdman jurnalisti də insandır, onun da emosiyası var, biabırçılığa görə oyundan sonra gördüyü ilk insan Santuş olub, etirazını etməsin? Vətəndaş mövqeyini bildirməsin?!

Yox, siz binəva idman jurnalistindən “artezian qazıb” ən dərindəki problemi deməyini tələb edirsizsə, buyurun, etmişik! - paylaşın, haqqı deyənlərin yanında olun, İlkin Fikrətoğlu demiş, belə canınyanansızsa, stadiona gəlin, genahkar bildiklərinizə qarşı mövqeyinizi qoyun. 

Klaviatura partizanlığı…

Vicdanlı insanlara qarşı hədyan sözlər deyənlər papağı qarşısına qoysun, yaxşı-yaxşı düşünsün…

  • Sentyabr:
  • 5

TƏQVİM / ARXİV