Heç kimə sirr deyil ki, Bakıda bir neçə marşrutda hərəkət edən avtobuslar fiziki və mənəvi cəhətdən köhnəlib, istismar müddətin başa çatdırıb və dayanacaqlara gec çatır. Belə avtobusları gözləyən sərnişinləri isə bezir, vaxt itirir və əsəbləşir.
Bax sərnişinlərin narazılıq etdiyi marşrutlardan biri də 142 və 96 nömrəli avtobuslardır. Bu avtobuslar istismar müddətin çoxdan başa çatdırıb. Amma buna baxmayaraq, hər iki sahibkar avtobus parkın yenilənmir və yarsız avtobuslardan istifadə edirlər. Hər gün bu marşrutdan istifadə edən sərnişinlər xidmətin səviyyəsindən narazılıq edirlər. Onlar deyirlər ki, bu avtobuslarda kondisioner yoxdur və oturacaqlar bərbad vəziyyətdədir .
Bunlara birtəhər dözmək olur. Amma onların dayanacaqlara gec gəlib çatmasına dözmək mümkün deyil. Biz də dünən hər iki marşrutda işləyən avtobusdan istifadə etmək istədik. Amma çox əsəbləşdik. Belə ki, 142 nömrəli avtobusu dayanacaqda düz 20 dəqiqə gözlədik, ancaq gəlib çıxmaq bilmədi. Əlacımız kəsiləndən sonra başqa nömrəli marşrutdakı avtobusa əyləşdik. Sonra gəlib 96 nömrəli avtobusu gözlədik.O da gəlib çıxa bilmədi.
Dayanacaqdakı sərnişinlər dedilər ki, 20 dəqiqədir bu avtobusu gözləyirik, gəlib çıxmaq bilmir.Axır ki, biz də onu gözlədik.30 dəqiqədən sonra avtobus gəlib çıxdı. Sərnişinlər isə əsəbini sürücünün üstün tökdü. Sürücü isə dilləndi ki, mən neynim, interval belədir. Mənim hər iki marşrutdan istifadə edən sərnişinlərə lap yazığım gəldi. Biz bir dəfə hər iki marşrutdan istifadə elədim əsəbləşdik.
Bax onda görün bu avtobuslardan hər gün istifadə edənlər necə əsəbləşir və nələr çəkir!!!
Emil Faiqoğlu