İlanlar çoxalıb...  

100 | 2025-07-23 17:29

İsti havaları ən çox sevən canlılardan biri də ilanlardır. Və onlar  bu isti günlərdə özlərini günə verir, bir yerdə qıvrılıb yatırlar. Təbii ki, ilanlardan da ən çox ziya çəkən insanlardır. İlanların yayda sevdiyi və yatdığı yerlər var.

Bu yerlər haralardır? Bu yerlər otların, kolların, daşların arasıdır. Ən çox da tarlada, bostan- tərəvəzdə iş görərkən  ilanlar adamları çalır. Ona görə də, həmin sahələrə iş görməyə gedərkən uzunboğaz çəkmədən  istifadə edilməlidir. Bir dostum deyir ki, bostanda becərmə işləri görürdüm,ayağımda da , uzunboğaz çəkmə vardı.Bir də gördüm ayaqqabımdan bir ilan yapışıb.Əlimdəki kərki ilə ilanın başını əzdim.

Əgər uzunboğaz çəkmə geyməsəydim, olan məni vurmuşdu.Bu respublikamızda ən çox gözə dəyən gürzə  ilanlardır və ilanlar çox zəhərlidir. Bu təhlükəyə görə də, insanlar özlərin qorumalıdır.Və bir də ilan vuran adama kömək edərkən bunlar yadda saxlanılmalıdır: ilan vuran yeri çərtmək olmaz,sıxmaq məsləhət deyil, sadəcə olaraq həmin yerə yod, ya spirtlə təmizləməli və təcili zərərçəkmişi  xəstəxanaya  çatdırmaq lazımdır.Heç şübhəsiz , bütün bunlar qabaqlayıcı tədbirlər kimi dəyərləndirilir!!!

Emil Faiqoğlu

TƏQVİM / ARXİV